media-ads-728x90
media-1792222577_img_7584
media-ads-728x90

Pressline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarında Çuya magistral yolunda, Troitskoye kəndi yaxınlığında baş verib.

Avtomobillə Biysk şəhərindən Barnaula gedən 24 yaşlı futbolçu yolun sürüşkən olması səbəbindən idarəetməni itirərək yol kənarındakı qoruyucu səddə çırpılıb.

Qəza nəticəsində sükan arxasında olan Daniil Vinter ağır kəllə-beyin travması alıb. Gənc futbolçu dostu və komanda yoldaşı Yeqor Parşakovun qollarında dünyasını dəyişib.

Hadisə zamanı avtomobildə olan Yeqor Parşakov isə tibbi yardımdan imtina edib.

Qeyd edək ki, 24 yaşlı Daniil Vinter hücumçu mövqeyində çıxış edib. O, futbolçu karyerası ərzində Barnaulun “Dinamo” və “Polimer”, Miassın “Torpedo”, həmçinin Novotroitskin “Nosta” klublarının formasını geyinib./milli.az


media-ads-728x90

Bənzər xəbərlər