media-ads-728x90
media-1791954171_17067051673492721158_1200x630
media-ads-728x90

2026-cı il yanvarın 1-dən sentyabrın 24-dək 577 nəfər Ermənistanda sığınacaq almaq üçün müraciət edib.

Pressline.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən “Sputnik Ermənistan”a bildirilib.

Bu il Ermənistanda 78 Ukrayna, 30 Əfqanıstan və 15 İran vətəndaşı qaçqın statusu alıb.

Ermənistanda sığınacaq istəyən şəxslər üçün Norq rayonunda müvəqqəti yerləşdirmə mərkəzi fəaliyyət göstərir. Lakin binanın qəzalı vəziyyətdə olduğu bildirilir.

2025-ci ildə Abovyan şəhərində 120 nəfər üçün nəzərdə tutulan yeni yataqxananın istifadəyə verilməsi planları barədə məlumat yayılmışdı.

Daxili İşlər Nazirliyinin cavabından məlum olub ki, Abovyan şəhərində yeni tikilmiş müvəqqəti yerləşdirmə mərkəzi artıq istifadəyə verilib. Hazırda burada müxtəlif ölkələrdən olan 69 nəfər sığınacaq tapıb.

Bununla belə, sığınacaq axtaranların sayı mövcud yerləşdirmə imkanlarını dəfələrlə üstələyir. Hazırda yeni mərkəzlərin tikintisi də planlaşdırılmır.

Müvəqqəti həll yolu kimi Ermənistanda sığınacaq istəyən şəxslərə altı ay müddətində mənzil kirayəsi üçün aylıq 60 min dram məbləğində kompensasiya verilir.


media-ads-728x90

Bənzər xəbərlər