media-ads-728x90
media-8
media-ads-728x90

ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib.

Pressline.Az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.

Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxil olub. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşları güllə yarası almış beş nəfərin meyitini aşkar ediblər. Onların hamısı hadisə yerindəcə keçinib.

Hazırda polis hadisənin təfərrüatını və başvermə səbəblərini araşdırmaq məqsədilə istintaq tədbirləri həyata keçirir.


media-ads-728x90

Bənzər xəbərlər