ABŞ tezliklə Qrenlandiyada faydalı qazıntı yataqlarının kəşfiyyatına başlayacaq
ABŞ Prezidenti Donald Tramp tezliklə Qrenlandiyada faydalı qazıntı yataqlarının kəşfiyyatı üzrə genişmiqyaslı işlərə başlanacağını bəyan edib.
Pressline.az xəbər verir ki, o, adanın ABŞ-nin təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətini də vurğulayıb.
“Bizim yeni, möhtəşəm Qrenlandiyamızda neft, qaz və faydalı qazıntıların kəşfiyyatı üzrə genişmiqyaslı işlərə başlamağa hazırlaşırlar”, – Tramp bildirib.
Amerika liderinin sözlərinə görə, adada asanlıqla çıxarıla bilən neft ehtiyatlarının həcmi dünyanın demək olar, bütün digər yerlərindəkindən çoxdur. O əlavə edib ki, Qrenlandiya ABŞ və Avropanın təhlükəsizliyinin təmin edilməsi baxımından əvəzolunmazdır.
“Gələcəkdə ABŞ-yə ediləcək istənilən hücum Qrenlandiya üzərindən həyata keçirilməli olacaq. Orada bizim müdafiə sistemlərimiz dronları, raketləri və hətta hələ ixtira olunmamış istənilən digər silahları asanlıqla məhv edə biləcək”, – Donald Tramp bildirib.








