media-ads-728x90
media-1703915224_ekspert_shurasi_yaradildi1
media-ads-728x90

Azərbaycanda investisiya təşviqi sənədi verilmiş layihələr çərçivəsində 9,3 milyard manatlıq investisiya qoyuluşu və 47 minə yaxın yeni iş yerinin yaradılması planlaşdırılır.

Pressline.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev III Milli Rəqabət Forumunda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 1-nə olan məlumata əsasən, 528 sahibkarlıq subyektinə ümumilikdə 633 investisiya təşviqi sənədi təqdim edilib. Bu mexanizmin tətbiq müddəti 2029-cu ilədək uzadılıb.

Nazir müavini bildirib ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən cari ilin ilk səkkiz ayı ərzində 4300-ə yaxın layihənin maliyyələşdirilməsinə 223 milyon manat güzəştli kredit ayrılıb.

Elnur Əliyev investisiya təşviqi sənədi verilən layihələrin icrasına nəzarətin vacibliyini də diqqətə çatdırıb.

O qeyd edib ki, təşviq sənədinin verilməsi hələ investisiyanın tam reallaşması demək deyil. Növbəti mərhələdə müəssisələrin fəaliyyətə başlaması, nəzərdə tutulan sərmayənin yatırılması və yeni iş yerlərinin faktiki yaradılması izlənilməlidir.


media-ads-728x90

Bənzər xəbərlər