media-ads-728x90
media-informasiya_ve_rabite
media-ads-728x90

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 3257,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz çox xidmət göstərilib.

Pressline.az: Bu barədə Teleqraf-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, xidmətlərin 987,1 milyon manatını (30,3 faizini) mobil telefon rabitəsi, 524,3 milyon manatını (16,1 faizini) internet, 558,8 milyon manatını (17,2 faizini) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 384,7 milyon manatını (11,8 faizini) informasiya, 802,2 milyon manatını (24,6 faizini) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətlərinin dəyəri real ifadədə 32,2 faiz, internet xidmətlərinin 21,5 faiz, informasiya xidmətlərinin 8,6 faiz, mobil telefon rabitəsi xidmətlərinin 3,3 faiz, digər informasiya və rabitə xidmətlərinin dəyəri isə 4,3 faiz artıb.


media-ads-728x90

Bənzər xəbərlər