media-ads-728x90
media-7tzfy3p8i5kqxuottoe6qxrkiz9hc0vpne3usrmv_1200
media-ads-728x90

Bakının Sabunçu rayonunda Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub.

Pressline.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar oktyabrın 17-dən etibarən Zabrat dairəsindən Maştağa qəsəbəsinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməyə qədər olan hissədə avtomobillərin hərəkəti tam dayandırılıb.

Əks istiqamətdə isə oktyabrın 19-u saat 08:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.


media-ads-728x90

Bənzər xəbərlər