Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub
Boks üzrə Azərbaycan millisi Braziliyanın Fos-du-İquasu şəhərində keçirilmiş Dünya Kubokunda komanda hesabında ikinci olub.
Pressline.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
49 ölkədən 400 idmançının qatıldığı yarışda Azərbaycan millisi tarixi nəticəyə imza atıb. Komanda Dünya Kubokunda ilk dəfə 3 qızıl və 1 bürünc medal qazanıb.
Finalda Sübhan Mamedov (50 kq) İssam Bensayar (Mərakeş) ilə döyüşüb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.
Məhəmməd Abdullayev (+90 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə Davit Çaloyana (Ermənistan) gücünü göstərib. Rəqibini 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən Abdullayev komandanın üçüncü qızıl medalını rəsmiləşdirib və Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.
Millinin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kq) Dünya Kubokunun qalibi olub, daha öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.
Beləliklə, 3 qızıl və 1 bürünc medal qazanan kişilərdən ibarət millimiz Dünya Kubokunu komanda hesabında ikinci yerdə başa vurub. Yarışa 6 kişi boksçu ilə qatılan yığmamızı ev sahibləri yalnız gümüş medal hesabına qabaqlayıb.
Qeyd edək ki, boksçular Vətənə aprelin 29-da qayıdacaqlar.
Xəbər lenti
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-Video
-
26.06.2026Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoyduz
-
26.06.2026Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə
-
26.06.2026Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı
-
26.06.2026DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
26.06.2026Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
-
26.06.2026Nənə qızını və 4 nəvəsini öldürdü
-
26.06.2026Həbsxanalarda bu il 31 cütlük ailə qurdu
-
26.06.2026Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
26.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
26.06.2026Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ
-
26.06.2026İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi
-
26.06.2026Almaniya Ekvador millisinə uduzdu
-
26.06.2026Yaponiyada yenidən güclü zəlzələ oldu
-
26.06.2026Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI
-
26.06.2026Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir
-
26.06.2026İran Sinqapur yük gəmisinə hücum etdi
-
26.06.2026Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
