Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
Pressline.az xəbər verir ki, bu barədə "Report"a DİM-dən məlumat verilib.
Bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
İmtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:
- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
- oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahanda ümumilikdə 29182 (Bakıda 20580, Sumqayıtda 1156, Abşeronda 1189, Naxçıvanda 76, Gəncədə 1721, Şəmkirdə 91, Tovuzda 212, Mingəçevirdə 211, Yevlaxda 84, Şəkidə 175, Zaqatalada 350, Balakəndə 231, Qəbələdə 191, Qaxda 188, Bərdədə 235, Göyçayda 232, Şirvanda 360, Lənkəranda 362, Qubada 274, Qusarda 597, Xaçmazda 667) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 129 ümumi imtahan rəhbəri, 339 imtahan rəhbəri, 2709 nəzarətçi ayrılıb, 399 buraxılış rejimi əməkdaşı (mühafizə), 129 bina nümayəndəsi ayrılıb.
İmtahanda 55 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
-
22-04-2026, 14:4555 mindən çox şagird imtahan verəcək -
27-04-2026, 13:45İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ -
14-04-2026, 10:00Rezidenturaya ərizə qəbulu elan olunub -
11-04-2026, 09:45Naxçıvan Təhsil Nazirliyi ilə BP əməkdaşlıq sazişi imzalayıb -
27-04-2026, 10:45Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb
Xəbər lenti
-
Вчера, 18:00Dərinin pH Balansı və Ətir: Niyə Hər Kəs Fərqli Qoxur?
-
Вчера, 17:30Darıxmağın Faydası: Beyin Darıxarkən Nə Baş Verir?
-
Вчера, 17:00Rəqəmsal Köçərilər: Dünyanı Gəzərək İşləmək (2026 Reytinqi)
-
Вчера, 16:30Yuxu və Yaddaş: Niyə Bəzi Yuxuları Unuduruq?
-
Вчера, 16:00"Kəpənək Effekti": Kiçik Qərarların Böyük Təsirləri
-
Вчера, 15:30Mikroplastiklər Hər Yerde: Bədənimizə Nə Qədər Plastik Daxil Olur?
-
Вчера, 15:00Şaquli Fermerçilik: Kənd Təsərrüfatı Şəhərlərə Köçür
-
Вчера, 14:30İmpulsiv Alış-veriş: Mağazaların Psixoloji Tələləri
-
Вчера, 14:00"True Crime" Marağı: İnsanlar Niyə Cinayət Hekayələrini Sevir?
-
Вчера, 13:30Bədən Dili Sirləri: İlk Görüşdə və İş Müsahibəsində Səhvlər
-
Вчера, 13:15Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb
-
Вчера, 13:00"IKEA Effekti": Niyə Öz Əməyimizlə Qurduğumuz Əşyalar Daha Dəyərlidir?
-
Вчера, 12:45Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb
-
Вчера, 12:30Karyera Sonrası Həyat: Peşəkar İdmançıların Psixoloji Çətinlikləri
-
Вчера, 12:15Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb
-
Вчера, 12:00Texnologiya və Rekordlar: Müasir Avadanlıqların Performansa Təsiri
-
Вчера, 11:45Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb
-
Вчера, 11:30İdmanda "Mental Möhkəmlik": Çempionları Ayıran 1%-lik Fərq
-
Вчера, 11:15Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər
-
Вчера, 11:00Ev Sahibi Üstünlüyü: Komandalar Niyə Öz Meydançasında Daha Güclüdür?
-
Вчера, 10:45Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
-
Вчера, 10:30Süni İntellekt və Səs: Müğənnilərin Səsini Fərqləndirə Biləcəyikmi?
-
Вчера, 10:15Cüdoçularımız ilk günü medalsız bitirdilər
-
Вчера, 10:00Smartfon Asılılığı və Uşaqlar: Məktəblərdə Telefon Qadağası Lazımdırmı?
-
Вчера, 09:45Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək
-
Вчера, 09:30Rəqəmsal Vərəsəlik: Bulud Yaddaşındakı Arxivimiz 50 İl Sonra Hara Gedəcək?
-
Вчера, 09:15“Riyad” ticarət mərkəzində mebel sexi yanıb
-
Вчера, 09:00"Ölü İnternet" Nəzəriyyəsi: Məzmunun Nə Qədərini Botlar Yaradır?
-
1-05-2026, 18:00Gələcəyin Memarlığı: Şaquli Meşələr və Eko-Binalar
-
1-05-2026, 17:45Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ
