Türkiyənin dünyaya şok yaşadan YENİ GÜCÜ - Onu heç bir sistem dayandıra bilməyəcək
Türkiyənin dünyaya şok yaşadan YENİ GÜCÜ - “Yıldırım Han”ı heç bir sistem dayandıra bilməyəcək
Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan ”SAHA İstanbul“ tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil edilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi tarixi bir təqdimata şahidlik edib.
Pressline.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi tərəfindən hazırlanan Türkiyənin ən uzun mənzilli qitələrarası ballistik raketi "Yıldırım Han" sərgidə ilk dəfə nümayiş olunub.
Sərgi sahəsində “Haber7” kanalına müsahibə verən təhlükəsizlik analitiki Dr. Eray Güclüer yeni nəsil hipersəs raketinin texniki xüsusiyyətləri ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Raketin adını Yıldırım Bəyazid Xandan aldığını və üzərində sultanın tuğrasını daşıdığını bildirən Dr. Eray Güclüer, hamının böyük həyacan və şok yaşadığını qeyd edib. O, bu raketin dünyada ən yüksək sürətə malik hipersəs raketi olduğunu vurğulayıb.
"Dünyada onu dayandıra biləcək heç bir sistem yoxdur"
"Yıldırım Han"ın çatdığı sürət həddinin dünya standartlarından qat-qat yuxarı olduğuna diqqət çəkən Güclüer, raketin start sürətinin 9 mah, atmosferdən çıxdıqdan sonra terminal mərhələdə isə 25 mah sürətə çatdığını bildirib. Analitikin sözlərinə görə, dünyada bu sürətə çata bilən başqa bir hipersəs raketi yoxdur və nə radar, nə də hava hücumundan müdafiə sistemləri bu raketi dayandırmaq iqtidarında deyil.
Raketin qitələrarası ballistik quruluşa malik olduğunu izah edən Güclüer, onun saniyədə təxminən 8,5 kilometr sürətlə irəlilədiyini və riyazi hesablamaların belə bu sürət qarşısında yetərsiz qaldığını qeyd edib.
"İşin sirri iki mühüm komponentdə gizlidir"
Güclüer, "Yıldırım Han"ın bu bənzərsiz sürətə necə çatdığına dair texniki detalları açıqlayıb. O, Milli Müdafiə Nazirliyinin Ar-Ge Mərkəzi tərəfindən hazırlanan və dünyada ilk dəfə istifadə edilən texnologiyaları belə sıralayıb:
“Birinci olaraq, ilkin startı təmin edən azot-tetraoksid komponentindən istifadə olunur. Bu maddənin istehsalı olduqca çətindir. İkinci olaraq isə daha yüksək sürətlənməni təmin edən dimetilhidrazin birləşmələri dövrəyə girir”.
Dörd mühərriklə işləyən raketin məlum olan bərk və ya hibrid yanacaq texnologiyalarından tamamilə fərqli bir sistemlə hərəkət etdiyini deyən analitik bildirib ki, bu birləşmələr öz daxilində oksigen ehtiva etdiyi üçün atmosferdən kənarda da yanmanı təmin edir və hava müqaviməti olmadığı üçün sürətlə 25 mah həddinə qalxır.
"Hərbi balansları dəyişdirdi"
Güclüer vurğulayıb ki, "Yıldırım Han"ın istifadəyə verilməsi qlobal miqyasda güc balansını dəyişəcək:
“Bu texnologiya dünyadakı müharibə konsepsiyasını, təhlükəsizlik paradigmalarını və hərbi balansları artıq dəyişib”.
Ekspert, raketin yaxın vaxtlarda Silahlı Qüvvələrin arsenalına daxil ediləcəyini diqqətə çatdırıb./publika
-
9.04.2026Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib - FOTO -
15.04.2026Leyla Əliyeva və Alena Əliyeva sərgidə (FOTO) -
14.03.2026Azərbaycanın gənc rəssam və musiqiçiləri: yaradıcılıq nümunələri -
29.04.2026Ağsuda sosial yardım qalmaqalı: vətəndaş müraciəti, yazılı “zəmanət” və sonradan geri tələb olunan 922 manat -
18.03.2026Çitaların saniyədə 30 metr sürətə çatma bacarığı: təbiətin sürət şampionları
Xəbər lenti
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
-
27.06.2026Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb
-
27.06.2026Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski
-
27.06.2026İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...
-
27.06.2026Fransada anomal istilər səbəbindən ölən uşaqların sayı dördə çatıb
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-Video
