“AzerGold” QSC-də Esvatini Krallığının ölkəmizdəki səfiri ilə görüş keçirilib
Pressline.az xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Esvatini Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulu ilə görüş keçirib.
Görüş zamanı tərəflər iqtisadi əməkdaşlıq imkanlarını müzakirə ediblər. Zakir İbrahimov bildirib ki, Azərbaycan geniş və güclü beynəlxalq əlaqələrə malikdir və bu gün dünyanın bir çox aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq müqavilələri imzalayan azsaylı dövlətlərdən biridir. Uzun illər boyu zəngin neft və qaz ehtiyatları ilə tanınan ölkəmiz daxili enerji tələbatını tam şəkildə təmin edir və eyni zamanda enerji sahəsində ixrac potensialını davamlı olaraq gücləndirir. Bu isə ölkənin təkcə regional deyil, həm də tədricən qlobal miqyasda aparıcı güclərdən birinə çevrildiyini göstərir.
İdarə Heyəti sədrinin sözlərinə görə, neft və qaz ehtiyatlarının mövcudluğu Azərbaycana müdrik iqtisadi qərarlar qəbul etməyə və müxtəlif sahələrə investisiya yatırmağa imkan verib. Bu prioritet istiqamətlər sırasında dağ-mədən sahəsi də mühüm yer tutur. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə dağ-mədən sənayesinin inkişafı istiqamətində həyata keçirilən iqtisadi islahatlar, məqsədyönlü və müdrik qərarlar nəticəsində iqtisadiyyatımızın digər sahələri kimi dağ-mədən sahəsi də qısa müddət ərzində ciddi nailiyyətlərə çata bilib.
Zakir İbrahimov sözügedən inkişaf fonunda rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr və qeyri-neft sektorunun inkişafına verdiyi töhfələr barədə məlumat verib. Bildirilib ki, “AzerGold” QSC hazırda qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətləri sırasında ön sıralarda yer alır və şirkətin maliyyə göstəriciləri ildən-ilə müsbət dinamika nümayiş etdirir.
Səfir Sibusisive Mnqomezulu Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib. O, xüsusilə mədənçilik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin qarşılıqlı faydalı olacağını vurğulayıb. Diplomat Esvatinin zəngin mineral xammal ehtiyatlarına malik olduğunu bildirərək, bu resursların öyrənilməsi və səmərəli idarə olunması istiqamətində “AzerGold” QSC-nin qabaqcıl təcrübəsinin əhəmiyyətini qeyd edib.
-
15.04.2026Prezident İlham Əliyev Esvatininin yeni səfirini qəbul edib - YENİLƏNİB -
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
14.03.2026Azərbaycan və dünya siyasətində son həftənin mənzərəsi -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
11.04.2026Milli Məclisin plenar iclasında
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
-
23.06.2026“Azeri Light” 80 dollara satılır
