“Türkiyə Makrona siyasi mesaj verdi” -ŞƏRH
“Ermənistanda rəsmi səfərdə olan Makron Ermənistanla “Strateji tərəfdaşlıq haqqında birgə bəyannamə” və geniş spektri hərbi əməkdaşlıq haqqında sənədlər imzalandıqdan sonra quru sərhəddən Türkiyəyə keçmək istəsə də, rəsmi Ankara Bakı ilə məsləhətləşmələrdən sonra buna icazə verməyib”.
Pressline.az bildirir ki, bunu siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib:
“Fransa prezidentinin Ermənistanda “işini” qurtardıqdan sonra belə nümayişkəranə Türkiyəyə keçmək istəyi bir sıra mətləblərdən xəbər verir. Belə ki, Makron bununla demək istəyib ki, Ermənistanda imzalanmış sənədlər Fransaya və şəxsən ona Cənubi Qafqazda öz təsirini artırmağa, həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasında daha ciddi rol olmağa və regionda daha aktiv siyasi oyunçuya çevriləməyə imkan verir. Digər tərəfdən bi addımı Makron tərəfindən Türkiyə-Ermənistan sərhəddinin açılmasında Azərbaycanın rolunun arxa plana keçirmək cəhdi kimi də qiymətləndirmək olar. Türkiyə prezidenti Cənab Ərdoğan və digər Türkiyə rəsmiləri Ermənistanla sərhədlərin açılmasının Azərbaycan-Ermənistan münasibətlərindən asılı olduğunu dəfələrtlə qəti şəkildə bildiriblər. Ermənista rəsmiləri isə Azərbaycanı “üçüncü tərəf” hesab edərək ölkəmizin bu prosesdə iştirakına qarşı çıxıb, sərhədin açılması məsələsini yalnız Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlər çərçıvəsində həll etməyi israr ediblər”.
O qeyd edib ki, bu baxımdan Fransa prezidentinin quru sərhəddən Türkiyəyə keçmək cəhdi sadə diplomatik jest olmayıb cərhədlərin açılmasında Fransanın və özünün rolunu ön plana çıxarmağa, Azərbaycanın rolu və təsirinin əhəmiyyəti olmadığını göstərməyə və son nəticədə Azərbaycanla Türkiyə arasında narazılıq yaratmağa və Azərbaycanı Türkiyə-Ermənistan arasındakı münasibətlərin normallaşması prosesindən kənarlaşdırmağa yönəlik hiyləgər addım kimi qiymətləndirilməlidir:
“Buna görə də Türkiyə və Azərbaycan prezidentlərinin bu məsələyə münasibətdə eyni mövqedən çıxış etməsi tamamilə təbii görünür. Türkiyə prezidentinin Azərbaycan prezidenti ilə məsləhətləşmədən sonra Makronun Ermənistan–Türkiyə quru sərhədindən keçidinə məhdudiyyət qoyması ilk növbədə Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin və koordinasiyalı fəaliyyətinin göstəricisidir. Türkiyə prezidenti Ərdoğan bununla diplomatik dillə həm Fransaya və həm də Ermənistana Cənubi Qafqaz regionu ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyi və maraqları hökmən nəzərə alınmalııdır mesajını verir. Bu mesajı həm də Makronun Ermənistana səfərinə və Fransa-Ermənistan münasibətlərinin strateji tərəfdaşlıq və geniş miqyaslı hərbi əməkdaşlıq istiqamətində inkişafına siyasi reaksiya, məşhur “Bir millət, iki dövlət” formulunun diplomatik praktikada necə işlədiyinin göstəricisi kimi də qiymətləndirmək olar”.
-
31.03.2026Yeni hərbi obyektlər istifadəyə verildi - FOTO -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
8.04.2026Prezident İlham Əliyev: Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir -
18.03.2026Çanaqqala Zəfəri: tarixi gedişat və strateji əhəmiyyəti -
14.03.2026Azərbaycan və dünya siyasətində son həftənin mənzərəsi
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
-
23.06.2026“Azeri Light” 80 dollara satılır
