13.05.2026
Problemi deyək, amma onu düşmənçilik kampaniyasına çevirməyək….
Milli Məclisin deputatı Razi Nurullayev Parlamentin plenar iclasında çıxış edib.
Deputatın çxışını təqdim edirik:
Son dövrlər sosial şəbəkələrdə və müxtəlif platformalarda hüquq-mühafizə orqanları, xüsusilə də Daxili İşlər Nazirliyi ətrafında aparılan müzakirələr ciddi narahatlıq doğurur. Mən burada bir məqamı xüsusilə vurğulamaq istəyirəm: dövlətin dayaqlarından biri olan hüquq-mühafizə sisteminin məqsədli şəkildə gözdən salınması heç vaxt təkcə bir quruma qarşı kampaniya olmur. Bu, nəticə etibarilə dövlətə, ictimai sabitliyə və milli təhlükəsizlik mühitinə zərbə vurur.
Biz dünya təcrübəsinə baxanda görürük ki, bir çox ölkələrdə inqilabi proseslərin və xaosun başlanğıcı məhz dövlət institutlarına inamın sistemli şəkildə sarsıdılması ilə başlayıb. Əvvəl polis hədəfə alınır, sonra məhkəmə, sonra ordu, sonra isə artıq cəmiyyət daxilində “dövlət zəifdir” düşüncəsi formalaşdırılır. Bu isə ən təhlükəli mərhələdir.
Mən demirəm ki, problem yoxdur. Problem hər yerdə, hər ölkədə var. Dünyanın ən inkişaf etmiş dövlətlərində də hüquq-mühafizə sistemində nöqsanlar olur, vətəndaş narazılığı olur, sui-istifadə halları olur. Amma əsas məsələ problemlə necə davranmaqdır. Biz problemləri həll etmək istəyirik, yoxsa onu emosional şəkildə böyüdüb cəmiyyətlə dövlət arasında uçurum yaratmaq istəyirik?
Bu gün sosial şəbəkələrdə bəzən bir hadisə araşdırılmadan, hüquqi qiymət verilmədən, emosional videolar və çağırışlarla təqdim olunur. Nəticədə isə insanlar arasında aqressiya artır, dövlət institutlarına etimad zədələnir. Halbuki istənilən məsələni qanun çərçivəsində, institutlar daxilində, masa arxasında və bağlı qapılar arxasında müzakirə etmək daha sağlam yanaşmadır.
Dövlət idarəçiliyi küçə emosiyası ilə deyil, hüquqi mexanizmlərlə aparılmalıdır.
Tənqid olmalıdır, amma dağıdıcı yox, düzəldici olmalıdır. Əgər hansısa əməkdaş qanunu pozursa, bunun üçün daxili nəzarət mexanizmləri, məhkəmələr, prokurorluq və digər qurumlar var. Amma bütöv sistemi hədəfə almaq, minlərlə vicdanla çalışan polisi bir neçə hadisəyə görə ittiham etmək olmaz.
Biz unutmamalıyıq ki, polis yalnız forma geyinmiş dövlət qulluqçusu deyil. Polis gecə küçədə təhlükəsizliyi təmin edən, cinayətkarla üz-üzə qalan, şəhid verən bir sistemdir. Bu sistemi zəiflətmək istəyənlər isə heç vaxt əllərini-qollarını sallayıb kənar müşahidəçiyə çevrilmirlər. Dövlət zəifləyən kimi radikalizm, xaos, xarici təsir və küçə anarxiyası güclənir.
Ona görə də hesab edirəm ki, cəmiyyətin bütün təbəqələri — siyasətçilər, media nümayəndələri, ictimai fəallar və sosial şəbəkə istifadəçiləri daha məsuliyyətli davranmalıdır. Tənqid edək, amma dövlətçiliyi sarsıtmayacaq formada. Problemi deyək, amma onu düşmənçilik kampaniyasına çevirməyək. Çünki güclü dövlət institutları olmayan yerdə nə demokratiya olur, nə təhlükəsizlik, nə də sabit gələcək
Oxşar xəbərlər
-
11.05.2026Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub? -
10.04.2026Həqiqətin səsi və yalanın kölgəsi: İnformasiya müharibəsində cəmiyyətin sınağı -
9.05.2026Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib -
24.04.2026Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası -
29.04.2026Ağsuda sosial yardım qalmaqalı: vətəndaş müraciəti, yazılı “zəmanət” və sonradan geri tələb olunan 922 manat
Xəbər lenti
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
-
27.06.2026Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb
-
27.06.2026Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski
-
27.06.2026İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...
-
27.06.2026Fransada anomal istilər səbəbindən ölən uşaqların sayı dördə çatıb
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-Video
-
26.06.2026Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoyduz
