14.05.2026

Gəncədə 15 yaşlı qızı vuran maşının sürücüsü hadisə yerindən qaçıb

 

Gəncədə yeniyetmə qızı maşın vurub.

Pressline.az: Hadisə şəhərin Todanlı qəsəbəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü Z.Paşalı yaxınları tərəfindən Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, hadisə zamanı sürücü oradan uzaqlaşıb. Hazırda onun şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

Faktla bağlı araşdırma başlanılıb./telegraf


Xəbər lenti