15.05.2026

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd ediləcək

 

“17 may xüsusi gün olacaq. Bu il Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyini qeyd edəcəyik”.

Pressline.az: Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Baş nazir qeyd edib ki, hökumət bütün müvafiq mərasimlərdə iştirak edəcək.

“Mərasimə katolikos-patriarx III Şio rəhbərlik edəcək, buna görə də bu il ölkəmiz üçün xüsusi olacaq. Əlbəttə, hökumət bütün müvafiq mərasimlərdə iştirak edəcək”, - Kobaxidze bildirib.

Xəbər lenti