Azərbaycanda bu hallarda sığorta ödənişi bir həftəyə veriləcək
Azərbaycanda sığorta şirkətləri fövqəladə hallarda dəyən zərəri 7 gün ərzində kompensasiya edəcək.
Pressline.az: xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov ATV-nin "İqtisadi zona" verilişinin efirində bildirib.
"Əgər sığorta hadisəsi böyük, kütləvi, dağıdıcı təsirlərlə nəticələnmişdirsə, artıq bunun bəlli bir kriteriya halı kimi qeyd olunması nəzərdə tutulub. Yəni məsələn, fövqəladə hal kimi nəzərdən keçirilə bilər. Bu halda müvafiq icra hakimiyyəti orqanı sırf sığorta hadisəsinin təsirini ölçəcək və bəlli kriteriyalar daxilində elektron üsullarla sığorta şirkətinə, İcbari Sığorta Bürosu vasitəsilə məlumat ötürəcək. Məsələn, bəlli bir əmlakın hansısa hissəsinə ziyan dəyib və yaxud da tam zərər dəyib, həmin orqanın göndərdiyi məlumat əsasında da sığorta şirkəti 7 iş günü ərzində sığortalının özünə ən yaxın bank vasitəsilə təzminat ödəyəcək".
AMB rəsmisi həmçinin qeyd edib ki, sığortalama prosesində daha çox elektron üsullardan istifadə olunması nəzərdə tutulur: "Biz daha çox katastrofik risklərin (zəlzələ, təbii fəlakətlər, sel və digər məsələlərdə) əhatə dairəsinin daha genişləndirilməsi istiqamətində və sığorta məbləğlərinin artırılması istiqamətində addımlarımızı atdıq. Bunun üçün xüsusi layihə də hazırladıq. Azərbaycan üzrə sığorta sahəsində ilk dəfə olaraq modelləşmə həyata keçirildi, zəlzələ üzrə risk xəritələri müəyyənləşdirildi. Artıq buna uyğun olaraq ölkə ərazisində baş verə biləcək sığorta hadisəsi üzrə qiymətləndirmə bu modelləşmə əsasında həyata keçiriləcək"./unikal
-
16.03.2026Prezident 2 Fərman İMZALADI -
15.04.2026Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) -
15.05.2026Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan… -
18.03.2026Kupçasız evlərlə bağlı qərar bu gün AÇIQLANIR -
12.05.2026Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər (ÖZƏL)
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
-
23.06.2026“Azeri Light” 80 dollara satılır
