"Prezident bu müsahibədə regional və qlobal təhlükəsizlik məsələlərinə xüsusi yer verib"
"Prezident İlham Əliyevin "Euronews" telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə formalaşdırdığı siyasi, iqtisadi və geostrateji xəttin beynəlxalq auditoriyaya təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır".
Pressline.az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, dövlət başçısının çıxışında xüsusilə şəhərsalma, postmünaqişə dövründə yenidənqurma, enerji təhlükəsizliyi və regional diplomatiya məsələləri ön plana çəkilir: "İlk növbədə, Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə artan rolunun göstəricisidir. Cənab Prezidentin vurğuladığı kimi, 182 ölkənin tədbirdə təmsil olunması və iştirakçı sayının rekord həddə çatması Azərbaycana beynəlxalq etimadın bariz nümunəsidir. Bu forum həm də Azərbaycanın dayanıqlı inkişaf, müasir urbanizasiya və yaşıl transformasiya sahəsində həyata keçirdiyi siyasətin beynəlxalq platformada təqdim olunması üçün mühüm imkan yaradır.
Müsahibədə diqqət çəkən əsas məqamlardan biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının qlobal model kimi təqdim edilməsidir. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə “sıfırdan quruculuq” təcrübəsinin formalaşdığını xüsusi qeyd etdi. Bu yanaşma postmünaqişə reabilitasiyası sahəsində Azərbaycanın artıq yalnız təcrübə qazanan deyil, həm də təcrübə ixrac edə bilən dövlətə çevrildiyini göstərir. Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonası konsepsiyası çərçivəsində hidro və günəş enerjisi layihələrinin həyata keçirilməsi Azərbaycanın enerji siyasətində yeni mərhələnin göstəricisidir.
Prezidentin açıqladığı rəqəmlər, 307 meqavat hidroenerji gücünün istifadəyə verilməsi və 340 meqavatlıq günəş enerjisi layihələrinin icrası ölkənin bərpa olunan enerji istiqamətində strateji hədəflərinin praktiki nəticələridir. Bu siyasət həm daxili enerji təminatını gücləndirir, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırır. Enerji məsələlərinə toxunan Prezident İlham Əliyev Azərbaycanın artıq Avropanın əsas alternativ enerji tərəfdaşlarından birinə çevrildiyini bir daha nümayiş etdirdi. Hazırda 16 ölkəyə təbii qaz ixrac olunması, Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi və yeni bazarların formalaşması ölkəmizin enerji diplomatiyasının uğurlu nəticəsidir. Burada diqqət çəkən əsas məqam Azərbaycanın enerji siyasətinin uzunmüddətli strateji planlaşdırma əsasında qurulmasıdır. Cənub Qaz Dəhlizi layihəsinin vaxtında reallaşdırılması bu gün ölkəyə geosiyasi üstünlük qazandırır. Müsahibədə regional və qlobal təhlükəsizlik məsələlərinə də xüsusi yer ayrılıb".
Deputat qeyd edib ki, Prezident Hörmüz böhranı fonunda Azərbaycanın enerji və nəqliyyat marşrutlarını illər öncədən şaxələndirməsinin ölkəni risklərdən qoruduğunu vurğuladı: "Bu yanaşma Azərbaycanın çevik və uzaqgörən iqtisadi təhlükəsizlik siyasətinin göstəricisi kimi qiymətləndirilə bilər. Eyni zamanda dövlət başçısı diplomatiyanın rolunu xüsusi qeyd etməklə Azərbaycanın regional əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan siyasət yürüdüyünü bir daha nümayiş etdirdi.
Hesab edirəm ki, Prezident İlham Əliyevin Euronews-ə müsahibəsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan strateji çəkisini, postmünaqişə quruculuğunda formalaşdırdığı yeni modeli və enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş statusunu əks etdirən mühüm siyasi mesajlar toplusu kimi qiymətləndirilə bilər. Bu müsahibə həm də Azərbaycanın gələcək dövrdə regional nəqliyyat, enerji və dayanıqlı inkişaf layihələrinin əsas iştirakçılarından biri olaraq mövqeyini daha da gücləndirəcəyini göstərir".
-
9.05.2026Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib -
20.04.2026İlham Əliyev bu sessiyanın iştirakçılarına müraciət edib -
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
18.05.2026Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın tərəfdarıdır -
16.05.2026“Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
-
23.06.2026“Azeri Light” 80 dollara satılır
