“Ağıllı və Dayanıqlı Məskunlaşmalar” ayrı-ayrı məsələlərdə vahid yanaşmaya ehtiyac olduğunu göstərir - Anna Soave
İqlim dəyişikliyi artıq gələcək təhlükə deyil, bu günün reallığıdır. O, onsuz da kövrək olan sistemlər üzərində təzyiqi artırır, infrastrukturu dağıdır və artıq çox şey itirmiş icmaların həssaslığını daha da dərinləşdirir.
Pressline.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave WUF13 çərçivəsində sülhyönümlü iqlim fəaliyyəti mövzusunda keçirilən tədbirdə deyib.
A.Soave bildirib ki. bərpa prosesinin ən görünən tərəfi məhz şəhərlərdə özünü göstərir:
“Bir ailə yenidən mənzilə qovuşanda, su və elektrik bərpa olunanda, uşaqlar məktəbə qayıdanda və ictimai məkanlar yenidən təhlükəsiz və əlçatan olanda sülh artıq abstrakt anlayış olmur. İnsanlar yenidən gələcəyə inanmağa başlayırlar.
Lakin geri dönüş yalnız binaların bərpası deyil. Bu, həm də ləyaqətin, aidiyyət hissinin və gələcəyə inamın bərpasıdır. Əks halda insanlar ikinci və ya hətta üçüncü dəfə köçkün düşə bilərlər.
Memar olaraq tam anlayıram ki, sosial həmrəylik olmadan bərpa olunmuş bina sadəcə tikilidir. Şəhərsalma mütəxəssisi kimi isə vurğulamaq istəyirəm ki, sosial bağlılığı olmayan məhəllə ev sayıla bilməz.
Bu təşəbbüs bu gün dünyanın müxtəlif regionları, o cümlədən genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət daşıyır”.
O vurğulayıb ki, təşəbbüs beynəlxalq sistemlərin çox vaxt ayrı-ayrı saxladığı məsələləri vahid çərçivədə birləşdirə biləcək yanaşmaya ehtiyac olduğunu göstərir.
“Biz çox vaxt iqlim fəaliyyətini, humanitar yardımı, şəhərsalmanı, sülh quruculuğunu və inkişaf maliyyəsini ayrı-ayrı sahələr kimi görürük. Hər birinin öz məntiqi, vaxt çərçivəsi və maliyyə alətləri var. Lakin köçkünlük və bərpa prosesini yaşayan insanlar bunları ayrı-ayrı məsələlər kimi qəbul etmirlər. Onlar bütün bu problemləri birlikdə yaşayırlar.
Məhz buna görə də bu gün müzakirə etdiyimiz təşəbbüs xüsusi əhəmiyyət daşıyır. “Ağıllı və Dayanıqlı Məskunlaşmalar” təşəbbüsü belə inteqrasiya olunmuş çərçivənin qurulmasına yönəlib”.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir./trend
-
9.05.2026Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib -
20.04.2026İlham Əliyev bu sessiyanın iştirakçılarına müraciət edib -
15.04.2026Etimadsız “birlik” və cəmiyyətin sınağı: Horovluda görünən həqiqətlər -
16.03.2026İspaniyada ağıllı küçə lampaları günəş işığına görə avtomatik tənzimlənir -
19.05.2026Ali Komissar: WUF13 dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsətdir
Xəbər lenti
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
-
27.06.2026Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb
-
27.06.2026Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski
-
27.06.2026İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...
-
27.06.2026Fransada anomal istilər səbəbindən ölən uşaqların sayı dördə çatıb
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-Video
-
26.06.2026Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
