Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu qəbul edib.
Pressline.az xəbər verir ki, dövlətimizin başçısı Belarusun Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) yüksəksəviyyəli nümayəndə heyəti ilə iştirak etdiyini dedi.
Sıx dostluğa əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bütün sahələr üzrə fəal əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Bu xüsusda parlamentlərarası formatın əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı birgə layihələrin uğurla icra olunduğu dedi.
Qəbula görə minnətdarlığını bildirən İqor Sergeyenko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş etdi.
Qonaq vurğuladı ki, Azərbaycan və Belarus liderlərinin şəxsi əlaqələri ölkələrimizin qurumları arasında əməkdaşlığın inkişafına töhfə verir.
İqor Sergeyenko Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılışında iştirak etdiyini deyərək, burada şəhərsalmanın mühüm istiqamətləri üzrə müzakirələrin aparıldığını vurğuladı. Qeyd etdi ki, nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı zəngin təcrübəsi olan Azərbaycanda WUF13 də yüksək səviyyədə təşkil edilib.
Söhbət zamanı münasibətlərimizin müxtəlif sahələrdə inkişafı perspektivləri müzakirə edildi, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
-
16.03.2026Prezident 2 Fərman İMZALADI -
9.04.2026Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib -
9.05.2026Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib -
10.04.2026Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib -
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
-
23.06.2026“Azeri Light” 80 dollara satılır
