“AzerGold” QSC və RİİB Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirib
Pressline.az: “AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı missiyamızdır!” devizi altında təmizlik aksiyası keçirilib.
Ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunmasının təşviqi məqsədilə təşkil olunan tədbirdə QSC-nin əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirak ediblər.
Tədbir çərçivəsində aksiya iştirakçıları tərəfindən Qoşqarçayın sahilləri boyunca yerləşən, ümumilikdə təxminən 2 hektar ərazi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər məişət tullantılarından təmizlənib. Toplanmış tullantılar çeşidlənərək təkrar emala göndərilib.
Qeyd edək ki, “AzerGold” QSC ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən dövlət şirkəti olaraq hasilat və istehsal proseslərini yerli və beynəlxalq ekoloji standartlara uyğun şəkildə həyata keçirməklə yanaşı, regionlarda mütəmadi olaraq ekoloji yönümlü layihələr reallaşdırır. Şirkətin təşəbbüsü ilə hər il kütləvi ağacəkmə, yaşıllaşdırma və təmizlik aksiyaları təşkil olunur.
Xatırladaq ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü 1972-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən 2026-cı il üçün “İqlim dəyişikliyi” mövzusu müəyyənləşdirilib. Azərbaycanın ev sahibliyi etdiyi builki qlobal kampaniya iqlim dəyişikliklərinin ətraf mühitə və insanların həyatına təsirləri barədə məlumatlılığın artırılmasını, iqlim fəaliyyətinin gücləndirilməsini və dayanıqlı inkişaf təşəbbüslərinin təşviqini hədəfləyir. Kampaniya çərçivəsində #NowForClimate çağırışı irəli sürülür.![]()
-
6.06.2026Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb -
5.06.2026Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb -
9.05.2026Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib -
18.03.202618 Mart – Ümumdünya Təkrar Emal Günüdür -
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
-
23.06.2026“Azeri Light” 80 dollara satılır
