Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə qaydası təsdiqlənib.
Pressline.az xəbər verir ki, Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ayrılan vəsaitdən istifadə qaydasını müəyyən edəcək.
Qaydalara əsasən, "ASAN xidmət" mərkəzləri üçün ayrılmış vəsait hər ay Dövlət Agentliyi tərəfindən mərkəzlərin müvafiq xəzinə hesablarına köçürüləcək.
Vəsaitin Dövlət Agentliyi və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri arasında bölgüsü ayda bir dəfə olmaqla hər ay üçün növbəti ayda həyata keçiriləcək. Ayrılan vəsaitin bölgüsü Dövlət Agentliyinin Aparatına münasibətdə Dövlət Agentliyinin sədrinin, "ASAN xidmət" mərkəzlərinə münasibətdə müvafiq mərkəz direktorunun əmri əsasında təsdiq ediləcək.
Dövlət Agentliyinin Aparatının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 50 %-i miqdarında, Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 80 %-i miqdarında ödəniləcək.
"ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və qiymətləndirmə Qaydaları"na uyğun olaraq hesablanmış aylıq yekun balına müvafiq miqdarda ödəniləcək.
Mükafat aşağıdakı günlər üçün hesablanmayacaq:
İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;
işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.
Dövlət Agentliyində və "ASAN xidmət" mərkəzlərində 6 aydan az fəaliyyət göstərən işçilərə və digər dövlət orqanlarının işçilərinə, habelə "ASAN xidmət" mərkəzinin direktoru ilə razılaşdırmadan əmək məzuniyyətinə çıxan digər dövlət orqanlarının işçilərinə əmək məzuniyyətində olduğu dövr üzrə mükafat ödənilməyəcək.
Dövlət Agentliyinin işçisi barəsində yazılı qaydada xəbərdarlıq edildikdə növbəti ay üçün həmin işçiyə bu Qaydaya uyğun müəyyən edilən mükafata 30 %-i, təqvim ilində təkrar yazılı qaydada xəbərdarlıq edildikdə 50 %-i, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində isə 100 %-i miqdarında azaltma tətbiq edilməklə hesablama aparılacaq. İntizam tənbeh tədbirinin vaxtından əvvəl götürülməsi ilə bağlı təqdimat olduqda Dövlət Agentliyinin sədrinin əmri ilə intizam tənbeh tədbiri vaxtından əvvəl ləğv edilə və mükafat ödənilə biləcək.
Vəsaitin 20 %-i Dövlət Agentliyinin Aparatının işçilərini mükafatlandırılmaq, habelə Dövlət Agentliyinin işçilərinə və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə fərdi mükafatlar ödəmək, 80 %-i "ASAN xidmət" mərkəzlərinin işçilərinin və digər dövlət orqanlarının işçilərini mükafatlandırılmaq məqsədilə ayrılacaq. "ASAN xidmət" mərkəzlərinə ayrılan vəsaitin 45 %-i Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçiləri, 55 %-i isə "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri üçün nəzərdə tutulacaq.
Daha yüksək boş vəzifənin, habelə daha yüksək vəzifə üzrə başqa işçinin (müəyyən səbəbdən (əmək məzuniyyətində olma istisna olmaqla) iş yerində olmayan) əmək funksiyasının icrası həvalə edilən işçinin mükafatlandırılması həvalə edilən vəzifə üzrə 3 aydan çox olmamaqla həyata keçiriləcək.
Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə fərdi mükafatlar müəyyən edilərkən onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri və Dövlət Agentliyində iş stajı nəzərə alınacaq. İş stajına görə fərdi mükafatlar ödənilən zaman sosial məzuniyyət dövrləri və bir aydan çox müddətdə ödənişsiz məzuniyyət dövrləri nəzərə alınmayacaq.
Məlumat üçün bildirək ki, yuxarıda vəsait dedikdə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə Dövlət Agentliyinə dövlət büdcəsindən ayrılan vəsait, mükafat dedikdə isə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ödənilən vəsait nəzərdə tutulur.
Qeyd edək ki, iyunun 2-də imzalanan qərar bu gündən qüvvəyə minib./milli.az
-
16.03.2026Prezident 2 Fərman İMZALADI -
9.04.2026Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib -
9.04.2026Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib -
4.05.2026TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu -
6.06.2026Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
-
23.06.2026“Azeri Light” 80 dollara satılır
