“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir
Pressline.az: Abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün “Azərişıq” ASC ən ucqar rayonlarda, mürəkkəb relyefə malik dağ kəndlərində belə elektrik şəbəkəsini yenidən qurur. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri Lerikin bir sıra kəndlərini də əhatə edib.
Kəndləri elektrik enerjisi ilə qidalandıran 10 kV-luq hava xətlərindən 7-də əsaslı təmir və yenidənqurma işləri aparılır. Meşə zolaqlarında və mürəkkəb relyefi ilə seçilən digər ərazilərdə, eləcə də nəqliyyat vasitələrinin qalxa bilmədiyi yüksəkliklərdə yeni metal dayaqlar əkilir, elektrik xətləri təmir olunur. Zərurət yaranan hissələrdə köhnə naqillərin əvəzinə 10 kV-luq müasir Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilir.
Həmçinin qarlı-şaxtalı havalarda ağac budaqlarının qırılaraq xətlərin üzərinə düşməsi və nəticədə qəza hallarının baş verməsinin qarşısını almaq üçün yaşıllıq zonalarında budanma işləri aparılır, meşə zolaqlarından keçən elektrik hava xətləri üçün dəhliz yaradılır.
Bəzi ərazilərdə dayaqlar dağlıq və dağətəyi hissələrdən çıxarılaraq yol kənarlarında əkilir və xətlər yeni dayaqlara köçürülür. Məqsəd elektrik itkisi və qəza riskini azaltmaq, qarlı, şaxtalı, küləkli havalarda baş verə biləcək nasazıqları qısa vaxtda aradan qaldırmaq, texnikanın, canlı qüvvənin operativ hərəkətini təmin etməkdir.
Görülən işlər nəticəsində Lerikin Züvüc, Zövnə və Lüləkəran kəndlərinin də elektrik şəbəkəsi yenilənib. Lüləkəran kəndində 0.4 və 10 kV-luq metal dayaqlar əkilib, 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqil (ÖİN) çəkilib. Həmçinin 10 kV-luq xətlərdə də təmir işləri aparılıb, kənddə yeni smart sayğaclar, 2 ədəd Transformator Məntəqəsi (TM) quraşdırılıb.
"Azərişıq” ASC Leriklə yanaşı ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı, həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb.
https://www.youtube.com/watch?v=0WgFrETN4-s&feature=youtu.be
-
29.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib -
23.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb -
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
5.05.202625 milyonluq "təmir" - “Xezer-Construction” və “Az.Arxitektura” şirkətlərini kim birləşdirir?- İLGİNC -
3.06.2026"Azərişıq" ASC-nin “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Şuşa və Xankəndi məktəbliləri də qoşulub
Xəbər lenti
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-Video
-
26.06.2026Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoyduz
-
26.06.2026Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə
-
26.06.2026Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı
-
26.06.2026DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
26.06.2026Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
-
26.06.2026Nənə qızını və 4 nəvəsini öldürdü
-
26.06.2026Həbsxanalarda bu il 31 cütlük ailə qurdu
-
26.06.2026Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
26.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
26.06.2026Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ
-
26.06.2026İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi
