9.06.2026

Sumqayıtda evdə meyit tapıldı

 

Sumqayıtda evdə meyit aşkarlanıb.

Pressline.az bildirir ki, "teleqraf"-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində yerləşən fərdi yaşayış evində 1991-ci il təvəllüdlü Elxan Əsgər oğlu Muradovun meyiti aşkarlanıb.

Hadisə barədə aidiyyəti qurumlara məlumat verilib. Meyitə baxış keçirilib və müvafiq araşdırmalara başlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti