Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan güclü, nüfuzlu ölkə kimi tanınır. Şübhəsiz ki, ölkəmizin dinamik tərəqqisinin və ictimai-siyasi sabitliyin əsasında müvəffəqiyyətlə həyata keçirilən praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, beynəlxalq müstəvidə qazanılan yüksək nüfuz müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Lakin xaricdəki erməni lobbisi, Azərbaycanın inkişafını istəməyən dövlətlər ölkəmizin inkişafına qıcıqla yanaşırlar.
Pressline.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, həmin xarici dairələr həm lobbi, həm də media resursları vasitəsilə Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar:
“Bu baxımdan, Fransa siyasiləri və bu ölkənin media resursları “öndə” gedir. Yəni, Fransa ilə Azərbaycan arasında son illərdə müşahidə olunan siyasi gərginlik artıq təkcə diplomatik müstəvi ilə məhdudlaşmır. Bu qarşıdurma informasiya məkanına da daşınıb və xüsusilə Fransa dövlətinə yaxın media qurumlarının fəaliyyətində özünü daha açıq göstərir. Azərbaycanın suverenliyini bərpa etməsi, enerji sahəsində Avropa üçün strateji tərəfdaşa çevrilməsi və Fransanın neokolonial siyasətini beynəlxalq gündəmə çıxarması Parisdə ciddi narahatlıq yaradıb. Nəticədə Azərbaycan əleyhinə sistemli informasiya kampaniyalarının şahidi oluruq”.
Millət vəkilinin sözlərinə görə, Prezident Emmanuel Makronun həm ölkə daxilində, həm də beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə azalıb:
“Bir müddət öncə həyat yoldaşının Emmanuel Makronu vurması bütün dünyanın gözü önündə baş verdi. Hətta, ABŞ Prezidenti Donald Tramp da demişdi ki, arvadı Makronla çox pis davranır. Bundan başqa, vətəndaşların Fransa Prezidentini şillə ilə vurması, ona yumurta atmaları Makronun nə qədər zəif dövlət başçısı olduğunu, xalqın, hətta ailəsinin ona hörmət etmədiyini təsdiqləyir. Belə bir vaxtda Fransa mediasının Azərbaycana qarşı aktivləşməsi təsadüfi görünmür. Son illər Makron hökuməti "sarı jiletlilər" etirazlarından tutmuş pensiya islahatlarına qarşı kütləvi aksiyalara, miqrasiya böhranından təhlükəsizlik problemlərinə qədər çoxsaylı daxili çağırışlarla qarşılaşıb. Fransa cəmiyyətində hakimiyyətə inamın azalması fonunda xarici siyasətdə də Paris əvvəlki təsir imkanlarını qorumaqda çətinlik çəkir”.
Samir Vəliyev qeyd edib ki, ictimai rəyi başqa istiqamətlərə yönəltmək üçün Fransa hakimiyyəti təsiri altında olan media qurumlarını xarici məsələlərə yönəldir:
“Azərbaycanın hədəfə alınması isə təsadüfi seçim deyil. Çünki Bakı son illərdə Fransanın uzun müddət toxunulmaz hesab etdiyi neokolonializmə, dənizaşırı ərazilərdə insan hüquqları problemlərinə və milli azlıqların hüquqlarına diqqət çəkməyə nail olub. Azərbaycan Fransanın neokolonializm siyasətinə qarşı sərgilədiyi prinsipial mövqe, müstəmləkəçiliyin bütün forma və təzahürlərinin aradan qaldırılması, eləcə də fransız müstəmləkələrinin Fransanın zülmündən xilas edilməsi müstəvisində ardıcıl siyasət nümayiş etdirir. Bu baxımdan, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti təqdirəlayiqdir. Qurum yerli və beynəlxalq səviyyədə konfranslar keçirməklə dünya ictimaiyyətinin diqqətini bu problemə yönəldə bilib. Fransanın Afrikada, Yeni Kaledoniyada, Korsikada müstəmləkə siyasəti dünyada ciddi etirazlar doğurur. Yəqin ki, Fransanın hibrid müharibəsi buna ucuz cavab cəhdidir”.
“Fransa mediasının son dövrlərdə Qarabağ mövzusunu yenidən gündəmə gətirmək cəhdləri də bu siyasətin tərkib hissəsi kimi görünür. Məlumdur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra rəsmi Paris açıq-aşkar Ermənistanın tərəfini tutub, Fransa parlamenti ölkəmizə qarşı qətnamələr qəbul edib. Regionda münaqişə faktiki olaraq başa çatdığı və Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanındığı halda, bu ölkənin bəzi media platformaları köhnə narrativləri yenidən dövriyyəyə buraxmağa cəhd göstərirlər”,-deyən deputat əlavə edib ki, bu kampaniyanın digər istiqaməti isə Azərbaycanın radikal müxalifət nümayəndələrinə beynəlxalq tribunaların təqdim edilməsidir.
“Xüsusilə Fransa dövlət mediası hesab olunan France 24-ün AXCP sədri Əli Kərimlidən müsahibə alaraq onu "vicdan məhbusu" kimi təqdim etməsi bunun göstəricisidir. Burada əsas məqsəd alternativ siyasi mövqeləri işıqlandırmaqdan daha çox, Azərbaycandakı radikal müxalifəti beynəlxalq ictimaiyyətə “xüsusi statusda” təqdim etməkdir. Məlumdur ki, Əli Kərimli kimi “siyasətçilər” əslində xaricdəki antiazərbaycançı mərkəzlərin təmsilçiləridir. Əli Kərimli hər zaman xaricdən gələn tapşırıqları yerinə yetirib, ölkəmizin uğurlarına heç zaman sevinməyib. Hazırda isə o, hüquqi müstəvidə məsuliyyətə çəlb olunub. Fransanın Azərbaycanla bağlı ritorikasında ən çox diqqət çəkən məqamlardan biri də ikili standartlardır. Paris bir tərəfdən Azərbaycanda "siyasi məhbuslar", "demokratiya problemləri" və "insan hüquqları" mövzularını qabartmağa çalışır, digər tərəfdən isə öz nəzarətində olan ərazilərdə tamamilə fərqli yanaşma nümayiş etdirir. Yeni Kaledoniyada, Korsikada və s. ərazilərdə Parisin insanlara qarşı zorakılığı bunun göstəricisidir. Bakı Təşəbbüs Qrupu da son illər Yeni Kaledoniya, Korsika, Fransız Polineziyası və digər ərazilərdəki vəziyyəti beynəlxalq müzakirə predmetinə çevirə bilib. Fransa üçün narahatlıq doğuran məqam da budur. Çünki ilk dəfə olaraq Paris özü insan hüquqları və öz müqəddəratını təyinetmə məsələləri üzrə suallar qarşısında qalıb”, - deputat əlavə edib.
“Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın Fransa mediasında hədəfə çevrilməsinin digər səbəbi Bakının son illərdə qazandığı geosiyasi nailiyyətlərlə bağlıdır. Məlumdur ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolu davamlı olaraq artmaqdadır. Qarabağ üzərində tam suverenliyin bərpası, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan tərəfdaşa çevrilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəallığın əhəmiyyətli dərəcədə artması və neokolonializmə qarşı beynəlxalq platformalarda aparılan fəaliyyət Azərbaycanın mövqelərini gücləndirib. Fransanın dövlət maliyyəsi hesabına fəaliyyət göstərən media qurumlarının bu uğurlarımıza kölgə salmağa çalışması da qərəzin göstəricisidir. Hazırda Fransanın dünyada geosiyasi mövqeyi xeyli zəifləyib və bu proses davam etməkdədir. Digər tərəfdən, prezident Makronun imicinin çox aşağı səviyyədə olması bu ölkə üçün ciddi problemlər yaradır. Makronun Ermənistan vasitəsilə Fransanın Cənubi Qafqazda təsir imkanlarını artırmaq cəhdləri də iflasa məhkumdur. Bütün bunların fonunda Fransa medasının Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzuna zərbə vurmaq cəhdləri heç bir nəticə verməyəcək”, - Samir Vəliyev vurğulayıb.
-
6.06.2026"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat -
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
18.05.2026Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın tərəfdarıdır -
9.05.2026Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib
Xəbər lenti
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-Video
-
26.06.2026Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoyduz
-
26.06.2026Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə
-
26.06.2026Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı
-
26.06.2026DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
26.06.2026Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
-
26.06.2026Nənə qızını və 4 nəvəsini öldürdü
-
26.06.2026Həbsxanalarda bu il 31 cütlük ailə qurdu
-
26.06.2026Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
26.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
26.06.2026Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ
-
26.06.2026İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi
