Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri
Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri
Paytaxtın bir çox ərazisində günlərdir müşahidə olunan içməli su problemi sakinlərin haqlı narazılığına səbəb olub. Yayın ən isti günlərində insanların suya çıxışının məhdudlaşması təkcə məişət problemi deyil, həm də dövlət idarəçiliyinin effektivliyi ilə bağlı ciddi suallar yaradan məsələdir.
DogruXeber.tv-nin etibarlı mənbədən əldə etdiyi, lakin rəsmi şəkildə təsdiqlənməyən məlumata görə, Kür çayında su səviyyəsinin dəyişməsi və daşqınlarla əlaqədar tullantı sularının, eləcə də müxtəlif kənar maddələrin Ceyranbatan su anbarına qarışdığı iddia olunur. Bildirilir ki, məhz bu səbəbdən anbarın təmizlənməsi zərurəti yaranıb və nəticədə su təchizatında ciddi məhdudiyyətlər tətbiq edilib.
Əgər bu məlumatlar həqiqəti əks etdirirsə, ortaya daha ciddi sual çıxır: bəs belə risklərin qarşısını almaq üçün yaradılmış nəzarət mexanizmləri haradadır?
Əslində problem təkcə son günlərdə yaşanan su kəsintiləri ilə məhdudlaşmır. İllərdir yay mövsümü gələn kimi həm içməli su təminatında, həm də əkin sahələrinin suvarılmasında ciddi problemlər yaşanır. Maraqlıdır ki, müxtəlif qurumların birləşdirilməsi, iri strukturun yaradılması və bu sahəyə daha geniş səlahiyyətlərin verilməsi problemlərin azalmasına deyil, əksinə, daha çox müzakirə olunmasına gətirib çıxarıb.
Bu gün Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinə baxdıqda, vətəndaşların əsas sualı sadədir: əgər aparılan islahatlar uğurludursa, niyə nəticələr əksini göstərir?
Tənqidçilər hesab edirlər ki, problemin kökündə peşəkar idarəetmənin zəifliyi, kadr siyasətindəki mübahisəli yanaşmalar və sahə üzrə ixtisaslaşmış mütəxəssislərin deyil, müxtəlif istiqamətlərdən gətirilmiş şəxslərin mühüm postlara yerləşdirilməsi dayanır. Bu baxımdan Agentliyin rəhbəri Zaur Mikayılovun fəaliyyəti də ictimai müzakirə mövzusuna çevrilib. Səsləndirilən fikirlərə görə, strateji əhəmiyyət daşıyan bir sahədə əsas diqqət nəticəyə deyil, kadr yerləşdirmələrinə yönəlib və bu gün yaşanan problemlər də həmin siyasətin nəticəsi kimi qiymətləndirilir.
Agentliyin tabeliyində fəaliyyət göstərən ayrı-ayrı qurumların işi ilə bağlı da çoxsaylı suallar mövcuddur. Xüsusilə meliorasiya və su təsərrüfatı sahəsində vəziyyətin ildən-ilə yaxşılaşmaq əvəzinə daha çox tənqid olunması diqqət çəkir.
Mediada və sosial şəbəkələrdə yayılan məlumatlarda meliorasiya sahəsində məsul vəzifə daşıyan şəxslərdən biri olan Rafiq Aslanovun və ailə üzvlərinin sahib olduqları iddia edilən əmlaklar, xarici ölkələrdəki mülklər və bahalı avtomobillər barədə müxtəlif məlumatlar yer almaqdadır. Bu məlumatların rəsmi təsdiqi olmasa da, cəmiyyətdə haqlı olaraq belə bir sual yaranır: dövlət qurumlarında çalışan vəzifəli şəxslərin sərvətləri ilə onların rəsmi gəlirləri arasında uyğunluq varmı? Bu sualın cavabı isə yalnız aidiyyəti qurumların araşdırmaları nəticəsində aydınlaşa bilər.
Digər diqqətçəkən məqam isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəhbərliyi ilə bağlıdır. Daha əvvəlki araşdırmalarımızda qurumda qohum təyinatları və yaxın şəxslərin müxtəlif vəzifələrə gətirilməsi ilə bağlı məlumatlar dərc etmişdik. Hazırda qurum rəhbəri Tahir Xəlilovun məzuniyyətdə olması da müəyyən suallar doğurur. DogruXeber.tv-yə daxil olan, lakin rəsmi təsdiqini tapmayan məlumatlara görə, motosiklet həvəskarı kimi tanınan rəhbər şəxsin qəza keçirdiyi və məzuniyyətinin bununla əlaqədar olduğu iddia edilir. Bu məlumatların doğruluğu ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil.
Bütün bunların fonunda vətəndaşlar susuzluqdan əziyyət çəkir, kənd təsərrüfatı su çatışmazlığından zərər görür, dövlət isə illərdir eyni problemlərin həllini gözləyir. Görünən mənzərə isə ondan ibarətdir ki, su təsərrüfatı sahəsində aparıldığı deyilən islahatlar hələ də insanların gündəlik həyatında hiss olunacaq nəticə verməyib.
Araşdırmalarımız davam edir. Növbəti yazımızda Agentliyin maliyyə istiqaməti və bu sahədə adı hallanan vəzifəli şəxslərlə bağlı daxil olmuş məlumatları, eləcə də redaksiyamıza təqdim edilən yeni iddiaları diqqətinizə çatdıracağıq
-
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
31.03.2026Yeni hərbi obyektlər istifadəyə verildi - FOTO -
11.05.2026Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub? -
18.06.2026Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? - RƏSMİ AÇIQLAMA
Xəbər lenti
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-Video
-
26.06.2026Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoyduz
-
26.06.2026Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə
-
26.06.2026Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı
-
26.06.2026DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
26.06.2026Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
-
26.06.2026Nənə qızını və 4 nəvəsini öldürdü
-
26.06.2026Həbsxanalarda bu il 31 cütlük ailə qurdu
-
26.06.2026Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
26.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
26.06.2026Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ
-
26.06.2026İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi
