Pressline.az “Report”a istinadən xəbər verir ki, Orxan Səttarov 2019-cu ildən Prezident Administrasiyasında çalışaraq, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsini tutub.
Prezidentin mətbuat katibi təyin edilənə qədər o, Administrasiyanın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsini icra edib.
