18.04.2026
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur
Paytaxtda premium zonalar Səbail, Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonunun bir hissəsi qeyd olunmaqla bu rayonların ərazisində olan küçələri və rezidensləri əhatə edir. Nəsimi rayonunda əsasən "Port Baku" ətrafında qiymətlərin yüksək həddi qeyd olunub. 28 May və Səməd Vurğun ərazilərində, Səbail rayonunda "İçərişəhər" və "Sahil" metrosunun, Yasamalda "Elmlər Akademiyası" metrosunun ətrafı, "Statistika dairəsi" və s. kimi yerlərdə qiymətlər yüksək həddədir".
Pressline.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, premium zonada ortalama qiymətlər bir kvadratmetr üçün 4500-6500 manat arasında dəyişir:
"Köhnə tikililərdə isə bu rəqəm təqribən 3000-4500 manat arasındadır. Bu qiymətlər zaman keçdikcə artır. Mənzillər təbii ki, digər daşınmaz əmlak növlərinə nisbətən daha yüksək qiymətə təklif olunur. Mərkəzdə torpaq sahələri həddindən artıq yüksək qiymətə satılır. Elə ərazilər var ki, orada torpaq sahəsi tapmaq mümkün olmasa da, hesablamalarımıza görə 1 sotun dəyəri təqribən 2 milyon manat olan ərazilər var. Bu əsasən, Nizami küçəsi ətrafında olan yerləri, Yusif Məmmədəliyev küçəsini və Neftçilər prospektinin mərkəzə yaxın hissəsini özündə əks etdirir. Burada xüsusilə Zərifə Əliyeva küçəsini qeyd etmək lazımdır. Torpaq sahələrinin qiyməti təqribən 1 və 1,5 milyon manat arasında dəyişir. Ən yüksək mənzil təklif qiyməti isə bir kvadratmetr üçün 17 500 manatdır. Bu, Nəsimi rayonunda yerləşən "Crescent Mall" üzərindəki yaşayış kompleksindədir. Cari ilin ilk rübündə ortalama bütün yeni tikililər 3,6, köhnə tikililər isə 2,4 faiz qiymət artımına məruz qalıb.
İkinci inkişaf ərazisi isə Xətai rayonunun "Ağ Şəhər" olan ərazisinin ətrafı, Həzi Aslanov və Nəriman rayonun bir hissəsi, Yasamal rayonunun orta inkişaf edən massivləri, Nizami və Binəqədi rayonlarıdır. Bu ərazilərdə yeni tikililərdə qiymətlər təqribən bir kvadratmetri 2300-3700 manat, köhnə tikililərdə isə 2000-2500 manat arasında dəyişir. Son olaraq Xəzər, Qaradağ və Pirallahı rayonlarını qeyd etmək istərdim. Bu ərazilərdə qiymətlərin artım dinamikası həddən aşağıdır".//qaynarinfo
Oxşar xəbərlər
-
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
21.03.202621 Martda doğulan məşhur azərbaycanlılar: dəqiqləşdirilmiş siyahı -
11.04.2026Yasamal Rayon İcra Hakimiyyətində başçı sakinləri qəbul edib -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
9.04.2026Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Xəbər lenti
-
25.06.2026Növbəti köç karvanları yola salındı
-
25.06.2026Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
