Pressline.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, təmir bu ünvanları əhatə edəcək:
1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova - Füzuli küçələri arası)
2. Rəşid Behbudov küçəsi (28 May - Şəmsi Bədəlbəyli küçələri arası)
3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov - Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində).
Təmir işlərinə bu gün saat 23:00-da başlanılacaq və 26 aprel saat 07:00-a qədər yekunlaşdırılması planlaşdırılır.
Rəşid Behbudov küçəsində hazırlıq işlərinə artıq başlanılıb.
Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq:
"Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər".//Ajans.az
