media-ads-728x90
media-iran-aksiya2121
media-ads-728x90

Son altı ay ərzində İranın Sistan və Bəlucistan əyalətlərində hökumət qüvvələri ilə silahlı şəxslər arasında 63 silahlı qarşıdurma olub.

Pressline.az xəbər verir ki, bu haqda İran İnsan Haqları Təşkilatının hesabatında bildirilib.

Qarşıdurmalardan ikisi Kirman əyalətinin Faryab rayonunda, 61-i isə Sistan və Bəlucistan əyalətinin Zahidan, Səravan, İranşəhr və Rask rayonlarında qeydə alınıb.

Qeyri-rəsmi məlumatlara görə, insidentlər nəticəsində 94 nəfər ölüb, 33 nəfər yaralanıb.Rəsmi məlumatlarda isə 87 nəfərin öldüyü və 10 nəfərin yaralandığı bildirilib.

Hücumlardan bir neçəsinin məsuliyyətini sünni məzhəbli etnik bəlucların “Xalq Mübarizləri Cəbhəsi” öz üzərində götürsə də, qarşıdurmaların bir çoxunun səbəbkarı naməlum olaraq qalır.

İran hökuməti yaydığı rəsmi məlumatlarda silahlı hücumların “terrorçu ünsürlər” tərəfindən törədildiyini bildirib./axar.az


media-ads-728x90

Bənzər xəbərlər