media-ads-728x90
media-cskutikgjltsxyhgcchczx42etdw1uzjkxzkntxs_1200
media-ads-728x90

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 124 kiloqram 965 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Pressline.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində oktyabrın 11-də dövlət 75 kiloqram 515 qram, oktyabrın 12-də isə 49 kiloqram 450 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. /teleqraf.az

media-luatux3zbxlpomnzbqacbuht4xvypx4ozsdyicsd_1200


media-ads-728x90

Bənzər xəbərlər