Mərkəzi Bankdan yeni rəqəmlər: Biri bahalaşdı, digəri ucuzlaşdı
Mərkəzi Bank 2026-cı il oktyabrın 22-dən etibarən xarici valyutaların manata qarşı rəsmi məzənnələrini elan edib.
Pressline.az xəbər verir ki, yenilənmiş məzənnəyə əsasən, ABŞ dollarının rəsmi qiyməti dəyişməyərək 1.7000 manat səviyyəsində qalıb. Avro və Rusiya rublu manat qarşısında bahalaşaraq müvafiq olaraq 1.9113 manat və 2.0791 manat (100 rubl üçün) təşkil edib. Türkiyə lirəsinin məzənnəsi isə 0.0343 manat olub.








