media-ads-728x90
media-resize
media-ads-728x90

Panamanın ötən cümə günü baş verən güclü zəlzələ nəticəsində zərər çəkmiş tibb müəssisələrini bərpa etmək üçün ən azı 61 milyon dollara ehtiyacı olacaq.

Pressline.az EFE-yə istinadla xəbər verir ki, bunu Panamanın səhiyyə naziri Fernando Boyd Qalindonu bildirib.

Onun sözlərinə görə, ölkədəki 842 xəstəxanadan 67-si zədələnib. Təxminən 1300 evdə təmir işləri də davam edir. Zəlzələ ölkə daxilində 1280-dən çox ev, 656 məktəb, 60-dan çox inzibati bina, 44 kilsə, 24 tibb mərkəzi, 11 otel, eləcə də magistral yollar və körpülər daxil olmaqla, 2000-dən çox tikiliyə ziyan vurub.

Zərərin tam həcmi hələ qiymətləndirilməyib, lakin hakimiyyət orqanları zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 100 milyon dollara qədər vəsait ayırmaq üçün artıq milli fövqəladə vəziyyət elan ediblər.

Xatırlatma: oktyabrın 9-da Panamada 7,2 bal gücündə zəlzələ baş verib. Çərşənbə axşamı günü şimal sahilində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.


media-ads-728x90

Bənzər xəbərlər