Prezident keçmiş deputatla bağlı sərəncam imzaladı
Valeh Feyruz oğlu Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib.
Pressline.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
V.Ələsgərov bu ordenə Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, Valeh Ələsgərov 2005–2020-ci illərdə (III, IV və V çağırışlar) Azərbaycan Milli Məclisinin deputatı olub və eyni zamanda parlament sədrinin müavini (vitse-spiker) vəzifəsini icra edib.
O, hazırda isən Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri vəzifəsində çalışır.
Oktyabrın 19-da Valeh Ələsgərovun 80 yaşı tamam olur.








