media-ads-728x90
media-6ad335f24b11d6ad335f24b11e17922268026ad335f24b11b6ad335f24b11c
media-ads-728x90

Kriştiano Ronaldo mineral su istehsalına 10 milyon avro sərmayə qoyub.

Pressline.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın “SIC Notícias” telekanalı məlumat yayıb.

Bildirilib ki, futbolçunun yeni biznes layihəsində tərəfdaşı “Grupo Ouhterinho” şirkətidir. Şirkət də layihəyə eyni məbləğdə, yəni 10 milyon avro investisiya yatırıb.

Beləliklə, layihəyə qoyulan ümumi sərmayə 20 milyon avroya çatıb.

Məlumata görə, mineral suyun hasilatı Portuqaliyanın Braqansa bölgəsində həyata keçiriləcək. Zavodun tikintisinin başa çatdırılması və yeni brendin bazara çıxarılması 2027-ci ilin sonuna planlaşdırılır.

Qeyd edək ki, 41 yaşlı Ronaldo bundan əvvəl də su istehsalı biznesinə sərmayə yatırıb. O, 2023-cü ilin yayında Madriddə təqdim olunan “Ursu9” su brendinin ortaq sahiblərindən biri olub.


media-ads-728x90

Bənzər xəbərlər