Rusiyada məşhur jurnalist “terrorçu” elan edildi
Rusiyanın tanınmış jurnalisti və televiziya aparıcısı Aleksandr Nevzorov rəsmi olaraq “ekstremist və terrorçular” siyahısına daxil edilib.
Pressline.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmətinin (Rosfinmonitorinq) yenilənmiş reyestrində məlumat yer alıb.
Qeyd edək ki, 2022-ci ilin martında Rusiya İstintaq Komitəsi Nevzorova qarşı Rusiya ordusu haqqında “yalan məlumat yaymaq” ittihamı ilə cinayət işi açıb. Həmin ilin aprelində jurnalist “xarici agent” elan olunub.
2023-cü ilin fevralında Moskvanın Basmannı rayon məhkəməsi Nevzorovu qiyabi olaraq səkkiz il müddətinə azadlıqdan məhrum edib.
Daha sonra Rusiya hakimiyyəti Nevzorov və onun həyat yoldaşını birlikdə “ekstremist birlik” kimi tanıyıb.








