media-ads-728x90
media-2gc5isq81ldnnvei1tctmvirxwhjflepn9mcqy45_1200
media-ads-728x90

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək.

Pressline.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Tədbir çərçivəsində AQEM-in gələcək inkişafı, o cümlədən onun Avrasiya məkanında çoxtərəfli əməkdaşlıq sisteminə inteqrasiyası məsələləri nəzərdən keçiriləcək”, – deyə Rusiya XİN-dən bildirilib.

Rusiya XİN-dən həmçinin əlavə edilib ki, görüş iştirakçıları aktual beynəlxalq və regional mövzular ətrafında da fikir mübadiləsi aparacaqlar.


media-ads-728x90

Bənzər xəbərlər