Tramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video
ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir.
Bu barədə Oxu.Az “Fox News”a istinadən xəbər verir.
Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində necə dominantlıq etdiyini xatırlayan Tramp, “Mən onunla döyüşmək istəmirəm”, – deyə qeyd edib.
“O, təhlükəli bir adam idi”, – deyə əlavə edən Tramp daha sonra Taysonun xarici görünüşünü tərifləyərək onun indi 30 il əvvəlkindən daha yaxşı göründüyünü bildirib.








