media-ads-728x90
media-6ad38d4870de06ad38d4870de117922491606ad38d4870dde6ad38d4870ddf
media-ads-728x90

Türkiyə Super Liqasında VIII turun oyunları davam edir.

Pressline.az xəbər verir ki, lider “Qalatasaray” səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb.

Gərgin keçən görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. İstanbul təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib.

Günün digər matçında “Amed” doğma meydanda “Konyaspor”u qəbul edib. Meydan sahibləri rəqibini 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, “Qalatasaray” 19 xalla turnir cədvəlinə başçılıq edir. Ondan 2 xal geri qalan “Amed” ikinci, 15 xalı olan “Beşiktaş” isə üçüncü pillədə qərarlaşıb.


media-ads-728x90

Bənzər xəbərlər