VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşaya səfər edəcəklər
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Şuşaya tur təşkil olunacaq.
Pressline.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, turun məqsədi Şuşanın mədəni irsinin daha dərindən öyrənilməsi və dünyaya çatdırılmasıdır:
“Şuşa azad olunduqdan sonra xeyli abadlaşdırılıb. Mədəni irsin qorunması istiqamətində çoxsaylı addımlar atılıb. Baş tutacaq forum çərçivəsində də şəhərə tur təşkil olunacaq. Forum iştirakçılarının hər biri sözügedən tura qoşula bilər”./report.az








