Pulunu dollarlarla saxlayanlara şad xəbər
Yaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord həddə – 51,1%-ə yüksəlib.
Reytinqdə ikinci yerdə böyük fərqlə avro (təxminən 21%) qərarlaşıb. Onu Britaniya funtu, yapon yeni və Çin yuanı izləyir.
Dolların möhkəmlənməsi onun “təhlükəsiz liman” valyutası statusu ilə izah olunur. ABŞ və İsrailin İrana zərbələri fonunda investorlar riskli aktivləri sataraq ABŞ valyutasına üstünlük veriblər.
Dedollarizasiyanın sonu gəlir?
Yeni statistika qlobal iqtisadiyyatın yaxın vaxtlarda dollardan imtina edəcəyi ilə bağlı fikirlərə zərbə vurur. JPMorgan analitikləri, o cümlədən Joyce Chang bildiriblər ki, ötən il müşahidə olunan dollar zəifliyi onun ehtiyat və əsas valyuta kimi rolunu azaltmayıb. Onların fikrincə, daha çox diversifikasiya prosesi gedir, lakin dollardan kütləvi imtina müşahidə olunmur.
Rəqiblərə gəldikdə, Çin özünün CIPS adlı ödəniş sistemini inkişaf etdirməyə davam edir. Lakin onun qlobal miqyasda tətbiqi hələ də yavaşdır. Mart ayında yuanın SWIFT əməliyyatlarındakı payı bir qədər artaraq 3,1%-ə çatıb, lakin bu göstərici hələ də tarixi maksimumlardan aşağıdır.
Qeyd edək ki, SWIFT statistikası bütün qlobal valyuta bazarını əhatə etmir (xüsusilə 2022-ci ildən sonra bəzi Rusiya banklarının sistemdən ayrılması səbəbilə). Bununla belə, sistem ildə 13 milyarddan çox əməliyyatı emal edir və qlobal ticarətin əsas göstəricilərindən biri hesab olunur.
Təbii ki, ölkəmizdə də pulunu dollarla saxlayanların sayı az deyil.
Pressline.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli ABŞ dollarının gələcəyi ilə bağlı hələlik hər hansı bir problem görünmədiyini bildirib:
“Əlbəttə, buna qədər bu istiqamətdə cəhdlər olub. Son 50 ildə bəlkə də 5-6 dəfə dolları dəyərsizləşdirmək üçün ciddi cəhdlər olub. Avronun yaranması belə dolları dəyərdən salmaq məqsədi daşıyırdı. Amma 30 ilə yaxın dövriyyədə olmasına baxmayaraq avro dollarla rəqabətdə uduzur.
İndi Çin öz milli valyutasını-yuanı önə çıxartmağa çalışır. Bu da mümkünsüzdür. Çünki Çinin aktivləri, yatırımları, borc kağızları və valyuta ehtiyatları dollardadır. Ona görə də yaxın 5-10 ildə dolları hər hansı bir təhdid gözləmir.Gələcəkdə isə çox şey ola bilər. Məsələn elektron pullar dövriyyəyə çıxa bilər. Elektron dolların özü yarana bilər ki, bu zaman kağız dollara ehtiyac qalmaz. Hələliksə dolların hegemonluğuna ciddi bir təhlük görünmür”.// Tribuna.az
Xəbər lenti
-
25.06.2026“Brent” ucuzlaşdı
-
25.06.2026Növbəti köç karvanları yola salındı
-
25.06.2026Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
