Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən quş kəsim sexində qanunvericiliyin pozulması faktı aşkarlayıb.
Pressline.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər əsasında aprelin 17-də Xidmət əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Lənkəran Rayon Polis Şöbəsinin, həmçinin Sütəmurdov bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirib.
Aparılan araşdırma zamanı müəyyən olunub ki, kəsim sexində istehsal prosesi nəticəsində yaranan tullantı suları heç bir təmizləyici qurğudan keçirilmədən torpaq məcralı axar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılıb.
Fakt üzrə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi laboratoriyanın əməkdaşları tərəfindən müxtəlif nöqtələrdən su nümunələri götürülərək analiz edilib. Nəticələrə əsasən tullantı suların tərkibində çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu və suların təmizlənmədən dənizə axıdıldığı təsdiqlənib.
Aşkarlanmış qanun pozuntusu ilə əlaqədar olaraq, kəsim sexinin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunub.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən ətraf mühitin mühafizəsi və su ehtiyatlarının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.//Report
-
16-03-2026, 17:40Prezident 2 Fərman İMZALADI -
28-03-2026, 23:16Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
9-04-2026, 10:15Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib -
9-04-2026, 09:45Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib -
29-04-2026, 09:00Ağsuda sosial yardım qalmaqalı: vətəndaş müraciəti, yazılı “zəmanət” və sonradan geri tələb olunan 922 manat
Xəbər lenti
-
Сегодня, 17:00Mikrobiom və Əhval-ruhiyyə: "İkinci Beyin" – Bağırsaq
-
Сегодня, 16:45Bakı Metropoliteni hakaton layihəsinə start verir
-
Сегодня, 16:30Okean Dərinlikləri: Niyə Kosmosu Daha Yaxşı Tanıyırıq?
-
Сегодня, 16:15Sabirabadda Kür çayı məcrasından çıxdı
-
Сегодня, 16:00Xəbər İstehlakı: İlk 8 Saniyədə Diqqəti Necə Cəlb Etməli?
-
Сегодня, 15:45İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
-
Сегодня, 15:30İş-Həyat Balansı: 7/24 Əlçatanlıq və Tükənmə Sindromu
-
Сегодня, 15:15Hüseynov Rahim TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub.
-
Сегодня, 15:00Yazıçı Bloku: Yaradıcılıq Böhranından Çıxmağın 5 Yolu
-
Сегодня, 14:45Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub
-
Сегодня, 14:30Ədəbiyyatda Humanizm: Klassiklərin Müasir Səsləşməsi
-
Сегодня, 14:15Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib
-
Сегодня, 14:00Vitamin C və Retinol İstifadə Edərkən Edilən Səhvlər
-
Сегодня, 13:45Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü
-
Сегодня, 13:30Gözəllik Standartlarının Dəyişməsi: Filtrlərin Təsirli Gücü
-
Сегодня, 13:15"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
-
Сегодня, 13:00Təbii Kosmetika Mifi: "Bio" və "Organic" Nə Deməkdir?
-
Сегодня, 12:45Məşhur rejissorun “Oskar”ı təyyarədə itdi
-
Сегодня, 12:30Niş Parfümeriya: Kütləvi İstehsaldan Fərqlənən Qoxu Sənəti
-
Сегодня, 12:15Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq
-
Сегодня, 12:00Zədələrdən Qorunma: İdmanda 5 Qızıl Qayda
-
Сегодня, 11:45Neft yenidən uzuclaşıb
-
Сегодня, 11:30Güc İdmanlarında Qidalanma: Protein və Karbohidrat Balansı
-
Сегодня, 11:15Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
-
Сегодня, 11:00Döyüş Sənətlərinin Təkamülü: Qədimdən Müasir MMA-ya
-
Сегодня, 10:45"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq
-
Сегодня, 10:30Yaşıl Texnologiyalar: Karbon İzini Azaltmaq Üçün Ev Cihazları
-
Сегодня, 10:15Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama
-
Сегодня, 10:00Kiber-zorakılıq: Onlayn Psixoloji Təhlükəsizliyi Qorumağın Yolları
-
Сегодня, 09:45Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
