25.06.2026

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

 

İyunun 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi ərazilərdə qısamüddətli yağış yağma ehtimalı var. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşməsi, şimşək çaxması istisna edilmir. Şimal-qərb küləyi əsəcək.

Pressline.az xəbər verir ki, havanın temperaturu gecə 19-23°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 55-60% səviyyəsində proqnozlaşdırılır.

Ölkənin rayonlarında da hava qeyri-sabit keçəcək. Bir sıra ərazilərdə arabir yağış yağacağı, bəzi yerlərdə isə yağıntının intensiv və güclü olacağı, şimşək və dolu müşahidə ediləcəyi ehtimal olunur. Gecə və səhər saatlarında dağlıq bölgələrdə duman olacağı bildirilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Temperatur göstəricilərinə əsasən, gecə 19-22°, gündüz 28-33° isti, dağlıq ərazilərdə gecə 9-14°, gündüz 17-22°, bəzi yerlərdə isə 24-26° isti hava müşahidə olunacaq.

Xəbər lenti