25.06.2026

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü

 

Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.

Pressline.az xəbər verir ki, bu barədə Venesuela mediası məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində paytaxt Karakas da daxil olmaqla ölkənin bir sıra bölgəsində ciddi dağıntılar qeydə alınıb:

“Karakas yaxınlığındakı “Mayketiya” hava limanı ciddi zədələr səbəbindən fəaliyyətini dayandırıb. Ölkədə internet və rabitə xidmətlərində fasilələr yaranıb, bir sıra bina dağılıb. Ölkədə fövqəladə vəziyyət elan edib.

İlkin hesablamalara əsasən 32 nəfər həlak olub, 700-ə yaxın insan yaralanıb”.

Xəbər lenti