Сегодня, 10:00

“SEPAH qonşularına qarşı uzun müddətdir ki, terror siyasəti aparır” -ŞƏRH

 

“ABŞ və İran arasında atəşkəs rejimindən sonra Birləşmiş Ərəb Əmirlikləri İsrail hərbçilərini və kəşfiyyatını öz ərazisində yerləşdirir. Həmçinin ABŞ hərbi texnikalarıni və qırıcılarını yenidən fəaliyyətinə icazə verib.
BƏƏ məhz İrana qarşı yenidən hərbi əməliyyatlar üçün bunu edib”.

Pressline.az bildirir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib: 

“İran preventiv cavab addımları atır. BƏƏ ərazisini vurur. Qonşu sənə qarşı öz ərazisini mənim düşmənimin istifadəsinə verib, məni vuracaqsa, onda sənin həyatda qalmaq şansın yoxdur prinsipi ilə hərəkət edir.

Hazırda İranda tam hakimiyyət SEPAH komandanı General Əhməd Vahidinin əlindədir. SEPAH qonşularına qarşı uzun müddətdir ki, terror siyasəti aparır.

Qeyd edim ki, SEPAH İrani çətin bir burulğana salıb. ABŞ-la danışıqlar və anlaşma əvəzinə böhran yolu seçilib. Təbii ki, baş verənlər İranın növbəti mərhələdə tam dağıdılmasına gətirib çıxara bilər. Hörmüz boğazı uğrunda müharibə lokal olaraq başlayıb. ABŞ geniş müharibədə maraqlı deyil. İsrail və BƏƏ İrana qarşı yeni hərbi plana malikdir”./gununsesi.info

 

Xəbər lenti