SEVGİ QORXUDUR, SEVDİYİNİ İTİRMƏK QORXUSU
Dünya şöhrətli alim, akademik Rafiq Əliyevin sevimli həyat yoldaşı Aidə xanıma həsr etdiyi esseni Pressline.az-ın hörmətli oxucularına təqdim edirik.
Esse
Həsrətin araya atdı, dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun.
Əli Kərim
Əzizim Aidə, yadındamı, həmişə mən deyərdim ki, sevgi qorxudur.Səni itirmək qorxusu məndə həmişə sonsuzluq qədər olub, heyhat, bu qorxu çox tez baş verdi.Amma o qorxudan doğan sevgim sənə sonsuzdur, əbədidir, həm bu dünyada, həm o dünyada.
Sən həmişə məni qoruyardın, bağışla, səni qoruya bilmədim. O dünyada yerin cənnət olsun.
Bilirsənmi, sən gedəndən sonra təhna qaldığım bu mərhəmətsız, vəfasız dünyada sənsiz nələr çəkirəm.Sən geri dönərsən deyə, gözlərim yollarda qalıb.
Ruhu yaralı, ürəyi ağrılı yaşayıram. Bilirəm, bir daha “əzizim Aidə” deyə çağıranda cavab gəlməyəcək, amma “gəldim” sədan həmişə qulağımdadır.
Nə kitablar, nə elmi biliklər, nə həyat təcrübəsi yoxluğunu anlamağa yetmədi. Birgə yaşadığımız xoşbəxt illərdə çox cətinliklər olsa da, yaşamaq eşqi, sənin xoş münasibətin, müdrikliyin, gələcəyə pozitiv baxışın sayəsində hər cür cətinliklərin öhdəsindən asanlıqla gəlirdik.Düşünürdüm ki, yaşadığımız bu həyat yazdığımız xoşbəxt sonluqlu bir romandır. Ancaq bilməzdim ki, Tanrının yazdığı roman bambaşqaymış. Bu bizim birgə ömrümüzün həyat kitabıdır. Çox əfsuslar ki, Tanrının yazdığı bizim tale kitabımızı qəfil və vaxtsız bağladı.
Əzizim Aidə, yadındamı, sənə həmişə deyərdim ki, məni özünə bu qədər öyrətmə. Sənsiz keçəcək günlər, sanki ürəyimə dammışdı. Dostum, böyük şairimiz Musa Yaqubun dediyi kimi
Taleyin qisməti rast saldı bizi.
Yolumuz haradasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.
Əlimi saçıma öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.
Yoxluğun hər seydən ağırmış.
Səni indi yuxularımda görürəm. Yuxum ərşə çəkilir, gecələr bir əsrə dönür. Səhər də, axşam da xəyalımdasan, xəyallarımda səninlə keçirdiyimiz o xoş günlərdən, dünyanın birgə olduğumuz müxtəlif ölkələrindən, doğma Ağdamımızdan, sənin oxuduğun 5 №-li, mənim oxuduğum 1 №-li məktəb illərindən söhbət açırıq.
Sən getməyinlə sanma ki, tək özünü apardın. Sən sevincimi, kədərimi, ömrümü də özünlə apardın.Sən çevrəmizdə, ailəmizdə kər kəsi əvəz edirdin, amma indi səni əvəz edən yoxdur.
Tez-tez düşünürəm ki,heç olmasa bir anlığa yanımda olaydın (eh sən orda, mən burda, dönüşü olmayan bir yoldayıq), gözlərinə baxaydım, o xoşbəxt gənclik illərində şeir həsr etdiyim gözlərinə
Mən nə deyim o gözlərə,
Ulduz deyim, yox, ulduzlar
Göydə yanır.
O gözlərsə ürəyimin lap içində
İşıqlanır.
İndi təsəllim odur ki, yaxşı ki, hec olmasa yuxularımda bir yerdəyik. Evimizin otaqlarını bəzəyən dünyanın müxtəlif şəhərlərində çəkdirdiyimiz şəkillərə baxırıq. Şuşada, Ağdamda keçən günlərimizdən söhbət açırıq;məndən övladlarını, sevimli nəvələrini bir-bir soruşursan. “İlahi, varlığına şükür, necə xoşbəxtik!” - deyirsən. Ayılıram, qarşımda sənsizliyin buza döndərdiyi otaq, tənhalıq, acı həqiqətlər, gedəndə dalımca su atmayan, evə gələndə məni qarşılamayan sevimli Aidəmin şəkilləri. Sənsiz daldığım düşüncələr dünya boyda dərddir.
Əzizim Aidə, sənsizliyin dərd yükü gündən-günə daha da ağırlaşır. Sənsizliyin hər anı mənə bir əsrdən də uzun gəlir. Dostum, qardaşım dünyaca ünlü şairimiz Ramiz Rövşən demişkən
Bu vaxtsız sevginin əcəli yetdi
Buydu qismətimiz ya tez, ya da gec.
Hərə öz dərdini apardı getdi
Bəs niyə dərdimiz azalmadı heç…?
Ancaq təsəllim odur ki, hər seyin bir sonu olduğu kimi ayrılığın, həsrətin də sonu var. Bu son biz qovuşanda olacaq. O qapalı kitab açılacaq.
Görüşənədək.
Sənin Rafiqin.
-
23.03.2026Günəş işığı Yerə nə qədər vaxta çatır: kosmik məsafənin işıqla ölçülməsi -
15.04.2026Kamaləddin Qafarov: “Zərifə xanım Azərbaycan gəncliyi üçün daim örnək olacaq” -
30.03.2026Cəmil Əliyev — Azərbaycan onkologiya elminin görkəmli siması -
27.03.2026Mədəniyyətin sehrli dünyası: Azərbaycan və dünya perspektivi -
20.03.2026Sevimli ev heyvanı pişiklər insan dilini öyrənə bilmir
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
-
23.06.2026“Azeri Light” 80 dollara satılır
