Kamaləddin Qafarov: “Zərifə xanım Azərbaycan gəncliyi üçün daim örnək olacaq”
“Akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif istiqamətləri üzrə apardığı tədqiqatlar və əldə etdiyi nəticələr Azərbaycan tibb elminin ən dəyərli səhifələrindən biri hesab olunur”.
Bunları Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.
Pressline.az xəbər verir ki, Deputat bildirib ki, onun şərəfli həyat yolu yalnız elmi uğurlarla deyil, həm də yüksək mənəvi dəyərlərlə səciyyələnir və hər bir həkim, alim üçün nümunə kimi qəbul edilir. “Zərifə Əliyeva oftalmologiyanın aktual problemləri üzrə geniş araşdırmalar aparmış, xüsusilə traxoma xəstəliyinin aradan qaldırılması istiqamətində mühüm xidmətlər göstərmişdir. XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış bu xəstəlik ciddi fəsadlara, hətta korluğa səbəb olurdu. 1950-ci illərdə elmi fəaliyyətə başlayan Zərifə xanım praktik həkim fəaliyyəti ilə paralel şəkildə tədqiqatlarını davam etdirərək, traxomanın müalicəsi və profilaktikası üzrə sistemli araşdırmalar aparmışdır. Onun bu sahədə əldə etdiyi nəticələr 1960-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil etmiş və tətbiq edilən müalicə üsulları ölkə üzrə geniş yayılaraq xəstəliyin qarşısının alınmasına mühüm töhfə vermişdir.”
K.Qafarov qeyd edib ki, Zərifə Əliyevanın fəaliyyəti təkcə elmi müstəvidə deyil, humanist dəyərlər baxımından da xüsusi əhəmiyyət daşıyır: “Zərifə xanım kimsəsiz uşaqlara qayğı göstərilməsi istiqamətində də mühüm işlər görüb, uşaq evlərində yayılan xəstəliklərin qarşısının alınmasına böyük diqqət ayırıb. Respublikanın müxtəlif bölgələrində aparılan araşdırmalar və həyata keçirilən müalicə-profilaktik tədbirlər onun genişmiqyaslı fəaliyyətinin tərkib hissəsi idi. Akademik tərəfindən aparılan uzunmüddətli müşahidələr və tədqiqatlar nəticəsində doktorluq dissertasiyası hazırlanmış və Moskvanın nüfuzlu elmi mərkəzlərindən birində uğurla müdafiə olunmuşdur. Onun elmi fəaliyyəti yüksək qiymətləndirilmiş, 1977-ci ildə tibb elmləri doktoru adına layiq görülmüşdür. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Eyni zamanda, Zərifə xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətində mühüm rol oynayan, ailə dəyərlərinə sadiq, qayğıkeş və fədakar bir şəxsiyyət kimi yaddaşlara həkk olunub. Anım gününü qeyd etdiyimiz Zərifə xanımın yüksək insani keyfiyyətləri, elmə və cəmiyyətə verdiyi töhfələr bu gün də müasir Azərbaycan gəncliyi üçün örnək təşkil edir” .
-
14.03.2026Dünya elmində azərbaycanlıların töhfələri və nailiyyətləri -
30.03.2026Cəmil Əliyev — Azərbaycan onkologiya elminin görkəmli siması -
17.03.2026Zümrüd Quluzadə — Azərbaycan fəlsəfəsinin görkəmli siması -
11.04.2026Milli Məclisin plenar iclasında -
15.04.2026Leyla Əliyeva və Alena Əliyeva sərgidə (FOTO)
Xəbər lenti
-
26.06.2026Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI
-
26.06.2026Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir
-
26.06.2026İran Sinqapur yük gəmisinə hücum etdi
-
26.06.2026Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
