İcra başçısının köməkçisi ilə əlaqəli şirkət 4 aya 4 milyonluq tender qazandı
Neftçala Rayon İcra Hakimiyyəti başçısının köməkçisinin iri dövlət tenderlərini qazanan şirkət strukturunda hallanması mümkün maraqlar toqquşması ilə bağlı suallar yaradır.
Pressline.az bildirir ki, Dövlət Turizm Agentliyinin xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana tanışlıq səfərlərinin təşkili ilə bağlı keçirdiyi tender müsabiqəsinin qalibi “VATA” MMC olub. Müqavilənin ümumi dəyəri 1 milyon 53 min 409 manat 97 qəpik təşkil edir.
Rəsmi məlumata görə, layihə çərçivəsində 14 ölkədən nümayəndələrin Azərbaycana səfəri təşkil olunacaq. Bu cür səfərlər demək olar ki, hər il təşkil olunur və bir o qədər də vəsait ayrılır.
“VATA” MMC 2021-ci ildə cəmi 50 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhərində yerləşən şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur. Açıq mənbələrdə yer alan məlumatlara görə, şirkət son 4 ay ərzində 15 dövlət tenderinin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 3 milyon 881 min manatdan çoxdur. Bu dinamika şirkətin qısa müddətdə dövlət satınalmalarında aktiv iştirak etdiyini göstərir.
4 ay ərzində 4 milyon manata yaxın tender udan “VATA” MMC “VATA GROUP” MMC-nin törəmə şirkətidir. Bu şirkətlər qrupuna “VATA FLY” və “VATA İNTERNEYŞINIL” MMC də daxildir. Hər üç şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur.
Lakin “VATA GROUP” MMC-nin iki qanuni təmsilçisi də mövcuddur: Kənan və Vüsal Fuad oğlu Atayevlər. Vüsal Atayev Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidovun köməkçisidir. Kənan Atayev isə “ATA CONSULTING” şirkətinin rəhbəridir.
VATA – Vahid Azərbaycan Turizim Agentliyi özünü beynəlxalq aviaşirkətlərin rəsmi agenti kimi təqdim edir və AZAL, Turkish Airlines, Lufthansa, Qatar Airways kimi daşıyıcılarla əməkdaşlıq etdiyini bildirir. Eyni zamanda turizm sektorunda 20 ildən artıq təcrübəyə malik olduğunu və IATA akkreditasiyası aldığını qeyd edir./bizimesr.com
-
5.05.202625 milyonluq "təmir" - “Xezer-Construction” və “Az.Arxitektura” şirkətlərini kim birləşdirir?- İLGİNC -
6.05.2026Abit Əliyevin rəhbəri olduğu MMC-dən “Xezer-Construction”a daha bir sifariş – 23,4 milyon… -
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
16.04.2026İcra Hakimiyyəti 53 min manatlıq ərzaq məhsulu alır -
4.05.2026Keçmiş nazir Rahim Hüseynovla bağlı araşdırma başlandı
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
