Xalqımızın xilaskarı – Heydər Əliyev
Pressline.az. XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. May ayının 10-da 103 yaşını qeyd edəcəyimiz xalqımızın dahi şəxsiyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur.
Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi, bütün dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng şəxsiyyətdir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti minillik tariximizin ən nühüm, şərəfli və böyük bir mərhələsini təşkil edir. Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli anlarında xilaskarlıq simvoluna çevrilərək Azərbaycan xalqınıın ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına çiyinlərini heç nədən çəkinmədən mərdliklə verən xarqüladə şəxsiyyət olduğu aşkar görünür. Azərbaycanın müasir siyasi tarixinin bir çox səhifələri ulu öndər Heydər Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir.
Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır.Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyətdir və hamı onun nə dərəcədə əlçatmaz olduğunu çox gözəl bilirdi.
Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə və mücadilə aparırdı. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin – müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulmuşdur.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı da dünyanın ən böyük azərbaycanlısı, Ulu Öndər Heydər Əliyevə məxsusdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər Ümummilli lider olduğunu nümayiş etdirmişdir. Xalqımızın tarix boyu qərarlaşmış, milli dəyərlərinin bərpa edilməsi Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, əxlaq normalarımızın, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi Heydər Əliyevin liderlik qayəsini müəyyən edən cəhətlərdən idi.
Bu gün Ulu Öndərin yolu onun layiqli varici Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir və ölkəmiz inamla irəli aparılır. Yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, milli maraqları qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev öz titanik fəaliyyəti ilə Azərbaycanı qüdrətli ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirir.
Xalq öz Prezidentinə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir. Bu və digər nailiyyətlərin əsasında Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik strategiyası, milli dövlətçilik konsepsiyası dayanır.
Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir./xalq
-
23.04.2026Prezident müraciət ünvanladı -
28.03.2026Əli Şahsabahlı - Azərbaycan teatrının görkəmli xadimi -
16.03.202616 martda doğulan azərbaycanlı məşhur musiqiçilər -
30.03.2026Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb -
6.05.2026“AzerGold” QSC-də Esvatini Krallığının ölkəmizdəki səfiri ilə görüş keçirilib
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
-
23.06.2026“Azeri Light” 80 dollara satılır
