Vəkilliyə qəbulla bağlı test imtahanın nəticələri məlum oldu
Mayın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) DİM ilə birgə VK-ya və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.
Kollegiyadanverilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 540 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.
Namizədlərin 53 faizi Bakı şəhərinin, 47 faizi isə regionların payına düşür. İştirakçıların 6,7 faizi xarici, 93,3 faizi isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali təhsil müəssisəsi 51 faizlik göstərici ilə Bakı Dövlət Universitetidir. Yaş göstəricilərinə görə iştirakçıların 71 faizi 40 yaşadək şəxslərdir. Bundan əlavə, namizədlərin 35 faizi qadın, 65 faizi isə kişilərdir. Naxçıvan Muxtar Respublikası üzrə müraciət edənlər ümumi sayın 0,4 faizini təşkil edir.
Eyni zamanda imtahanda iştirak edən 540 namizədin 420 nəfəri (78 faiz) özəl müəssisə və digər təşkilatlarda, 120 nəfəri (22 faiz) isə dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmə orqanlarında, 9 nəfəri ədliyyə sistemində, 5 nəfəri daxili işlər orqanlarında, 1 nəfəri prokurorluqda, 60 nəfəri isə digər dövlət qurumlarında fəaliyyət göstərir.
Üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 525 nəfər iştirak edib və onlardan 315 nəfəri uğur qazanıb.
Bildirmək istərdik ki, uğur qazanan namizədlərdən 1-i Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına sənəd verən şəxsdir.
Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Vəkilliyə qəbul üçün təqdim olunan sənədlərlə ilkin doldurulan ərizə-anket formasında qeyd edilən məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaqdır.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərin siyahısı ilə buradan tanış olmaq olar.
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
-
23.06.2026“Azeri Light” 80 dollara satılır
