Yeni sistemə indiki rəhbərliyin uyğun gəlməsi çətin görünür - Vüsal Aslanov da gedəcək?
Ötən gün Prezident İlham Əliyevin imzaladığı yeni fərman təkcə “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərinin “Bakı Metropoliteni” QSC-yə birləşdirilməsi ilə məhdudlaşmır. Fərman əslində paytaxtın bütün ictimai nəqliyyat sistemində yeni idarəetmə sisteminin başlanğıcı sayıla bilər.
Pressline.az bildirir ki, fərmana əsasən, artıq metro, avtobus, tramvay və taksi xidmətləri vahid mərkəzdən idarə olunacaq. Bunun üçün tamamilə yeni idarəetmə modeli qurulacaq, 5 nəfərlik İdarə Heyəti yaradılacaq və həmin rəhbərlik birbaşa Prezident tərəfindən təyin ediləcək.
Bu isə faktiki olaraq hazırkı metro rəhbərliyinin, daha doğrusu, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun da əvvəlki statusunu itirməsi anlamına gəlir.
Diqqət çəkən məqam isə fərmanın Bakıda metro sistemində yaşanan son ciddi problemlərdən dərhal sonra verilməsidir. Bir neçə həftə əvvəl metropolitendə yaranan texniki problem səbəbindən qatarların hərəkəti saatlarla iflic olmuş, minlərlə sərnişin stansiyalarda çətin vəziyyətdə qalmışdı. Hadisə cəmiyyətdə ciddi narazılıq yaratmış, metro rəhbərliyinin fəaliyyəti yenidən müzakirə mövzusuna çevrilmişdi.
Məhz bundan sonra nəqliyyat sisteminin vahid idarəetməyə keçirilməsi və yeni rəhbərlik modelinin elan olunması diqqət çəkir.
Görünür, ictimai nəqliyyatda koordinasiyanı gücləndirməsi, metroda son illər artan texniki və idarəetmə problemlərini minimuma endirilməsi, böhran vəziyyətlərinə operativ reaksiya verən daha sərt və mərkəzləşdirilmiş idarəetmənin qurmağın vaxtı çatıb.
Fərmanda ən mühüm məqamlardan biri isə odur ki, yeni qurumun rəhbər heyəti yenidən formalaşdırılacaq. Bu da “Bakı Metropoliteni”ndə idarəetmə komandasının, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun dəyişə biləcəyi ehtimalını gücləndirir.
Başqa sözlə, “Bakı Metropoliteni” adı qalsa da, qurum artıq əvvəlki metro idarəsi olmayacaq. Yeni strukturun başına isə tamamilə başqa bir komandanın gətirilməsi istisna edilmir.
-
5.05.202625 milyonluq "təmir" - “Xezer-Construction” və “Az.Arxitektura” şirkətlərini kim birləşdirir?- İLGİNC -
29.04.2026Ağsuda sosial yardım qalmaqalı: vətəndaş müraciəti, yazılı “zəmanət” və sonradan geri tələb olunan 922 manat -
1.05.2026Bakı Metropoliteni hakaton layihəsinə start verir -
9.04.2026Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib -
15.04.2026Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
